Page 100 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 100
Görcö nÿsri antologiyası
latları sәpәlәnmişdi. Axşamın sakitliyi elә bil köhnә malların
qoxusunu da boğurdu, bu qoxu yalnız hәrdәnbir, hәm dә zәif
duyulurdu.
– Quldura, yaramaza sәbәb lazımdı? Elә-belә… Kefi
istәyib, әzişdirib, – Qaregin mayorun sualına cavab verdi.
– Hә, bәs sonra nә oldu?
– Necә yәni “nә”? – Qaregin anlamadı.
– Bәs camaat hardaydı? Onlar nә deyir?
Qaregin bic-bic gülümsәyib gözlәrini endirdi, boynunun
ardını qaşıdı; sanki nәsә abırsız bir şey danışmağa hazırlaşırdı,
özü dә elә bir şey ki, o haqda söz açmaq da, susmaq da eyni
dәrәcәdә çәtin idi.
– Camaat sizә ümid elәyir… – nәhayәt, mızıldadı.
O, hәlә dә bic-bic qımışır, ayaqlarının altına baxırdı;
sifәtindә müәmmalı bir ifadә vardı: guya bu әdalәtsizlikdәn
sarsılıb, özünә gәlә bilmir.
– Hәr kәnddә mayor yaşamır axı… bu yaramazsa kefi
istәyәni elәyir! – O, sanki mayorla yox, öz-özünә danışırdı.
– Sәndә çıraq şüşәsi tapılmaz? – mayor soruşdu. – Mәncә,
fabrikin yiyәsi Eristavi dәlәduzluq elәyir. Şüşәlәr hey çatlayır,
lәnәtә gәlmişlәr…
– Tәәccüblü nә var ki, möhtәrәm mayor? – Qaregin adәti
üzrә bic-bic gülümsәdi. – İndi hamının çırağı var. Fabrik
hamını tәmin elәyә bilmir…
Dükana girәn kәndli hәlә qapının ağzındaykәn papağını
çıxardı, dinmәzcә baş әydi.
– Sәnә demişdim axı: pulu gecikdirmә. Gördün, yenә
ayağıma gәldin! – Qaregin ona qışqırdı.
100 – Neynәyәsәn, ağa... – kәndli mayora müraciәt elәdi. –
Alırsan, altından çıxa bilmirsәn, almasan da, olmur! Ailә,
uşaq…
O, danışa-danışa әlindәki balaca keçә papağını әzişdirirdi,
iri, sümüklәri çıxmış әllәri titrәyirdi, hiss olunurdu ki,
hәyәcanını güclә boğur.
– Daha yoxdu. Satdım! – Qaregin onun sözünü kәsdi.
– Qaregin, ailә başçısıyam… – Alıcı özünü itirdi, elә bil
indi, lap bu dәqiqәlәrdә başa düşmüşdü ki, cәsarәtsizliyi,