Page 97 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 97
Otar ×iladze
yaşadığı qorxunu pәrdәlәmәk üçün tapançanın lülәsinә üfürәn
adamlarsayağı, lampanın istidәn qızarmış şüşәsini üfürürdü.
Yanan fitilin qoxusu, kerosinin dәmi çadıra çökürdü, kәsif
hava әsgәrlә – hәtta biriylә yox, bütöv bir kazarmayla… yatan
qadın kimi bulanır, tәrlәyirdi, bu mövcud olmayan qadının
buxarı onu bürüyürdü, o, buxarda boğulurdu! Bütün bәdәni
zoqquldayırdı, alt paltarında ruh kimi hәyәtdә dolaşmağa
başlayırdı, şehlә örtülmüş ağacları qucaqlayıb öpürdü,
qurumuş dodaqlarıyla kәlә-kötür qabıqlarını sorurdu ki, heç
olmasa, rütubәtin sәrinliyiylә bәdәnindәki yanğını bir az
söndürsün. Onu xilas edә bilәcәk yeganә adam Annaydı:
yerlilәri o qәdәr yaxşı tanımasa da, dul qadını әbәs yerә
seçmәmişdi. Annanın itaәtkar, müti görkәmi, xüsusilә dә onun
haqqında dolaşan şayiәlәr, dedi-qodular dәrhal onu bu fikrә
saldı ki, Anna – mәhz axtardığı qadındı. Dәrrakәli mәhbus
kimi, hәbsxananın divarlarından o tayda qoyduqları (güman
ki, hәmişәlik) haqqında mәnasız fikirlәrlә özünә әzab vermәk
istәmirdi. Burada, divarın bu tәrәfindәsә Anna onu başa
düşmәyә qabil olan yox, hәm dә anlamağa borclu olan yeganә
qadın idi. O, monastır rahibәyә ehtiyac duyan kimi bu qadına
ehtiyac duyurdu, amma rahibә dua elәmәk üçün yox, zibili
süpürmәk üçün lazım idi. Annanın görkәmindә, doğrudan da,
rahibәlikdәn nәsә vardı, amma son nәticәdә Borçalını cәlb
elәyәn heç dә bu deyildi; onu on kilometrlәrlә uzaqda yerlәşәn,
heç dә tәhlükәsiz olmayan kәndә ac qurd kimi qarşısıalınmaz
ehtiyac gәtirirdi. Hәr halda, mayorun bu qadını ram elәmәk
arzusu da daha çox onun cazibәdarlığından yox, özünün
kütlüyündәn, korafәhmliyindәn irәli gәlirdi. Anna, әvvәlcә
düşündüyü kimi, o qәdәr dә asan әlәgәlәn deyildi, üstәlik, gec- 97
tez rәqibinә qalib gәlәcәyinә şübhә elәmәsә dә (bu mәnada,
hәr şeydәn çox öz mundirinә bel bağlayırdı), ondan yaxa
qurtarmaq da asan iş deyildi. Amma vaxt ötür, yaxşı heç nә
baş vermirdi. Qadından uzaq qalması onu qıcıqlandırırdı.
Düzünә qalsa, Borçalı olmasaydı, yәqin ki, mayor Anna
barәdә bu qәdәr çox fikirlәşmәzdi: ondan kәskin buxur vә
kilsә toranlığının qoxusu gәlirdi. Amma vaxt ötdükcә qadın