Page 93 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 93
Otar ×iladze
UĞURUMA ÇIXAN ADAM
(romandan parça)
gecә bütün Uruki oyandı – Borçalının nәrәsi yeri-
Ogöyü lәrzәyә gәtirmişdi…
Borçalı Urukinin daimi qonağıydı, daha doğrusu, qonaq -
dan da vacib adam idi – artıq on il idi ki, bütün kәnd onun
Annayla gizli sevgisindәn danışırdı. Düzdür, bütün bu illәr
әrzindә onu nә görәn, nә dә sәsini eşidәn olmuşdu. Ona görә
dә, yuxudan kal oyanan adamlar tәәccübünü gizlәdә bilmirdi.
Hәr halda, dul qadının evinә yaxınlaşmağa heç kim ürәk
elәmirdi. Tәkcә “başvurman”dan qorxduqlarına görә yox, hәm
dә ona görә ki, nә edәcәklәrini bilmirdilәr; bilmirdilәr hansı
yaxşıdı: işә qarışmaq, yoxsa, hәlәlik kәnarda qalmaq. Bu illәr
әrzindә Anna da, Borçalı da özlәrini elә aparırdılar ki, elә bil
Uruki, ümumiyyәtlә, mövcud deyil; heç kәsin gözü-qulağı
yoxdur. Amma kәnddә heç nәyi gizlәtmәk mümkün olmur,
hәtta yataqda kişinin arvadına dediyi söz dә gizli qalmır. Odur
ki, tәk yaşayan dul qadının işlәrindәn baş açmaq heç dә çәtin
deyildi. Amma Annanın özü heç kәsә heç nә demir, kәndlilәr
dә özlәrini elә aparırdılar ki, guya heç nәdәn xәbәrlәri yoxdur.
Doğrudan da, kimә nә dәxli gecәlәr dul qadının yanına kim
gәlib-gedir? Hәm dә bu, qadının öz işiydi – o, özündәn başqa
heç kimә lәkә gәtirmirdi; başqasınınkını yox, öz nöyütünü
yandırırdı. Hәm dә urukililәr insaflı adamlar idi, heç kәs dul
qadınla yetimindәn nә çörәyini, nә dә kömәyini әsirgәmirdi;
heç kim әlavә sorğu-suallarla onların zәhlәsini tökmür, yaxud 93
onları nәdәsә günahlandırmağı özünә rәva görmürdü. İstәnilәn
halda, iznsiz-filansız özgәnin işinә müdaxilә etmәkdәnsә,
özünü görmәzliyә vurmaq yaxşıdır. Dul qadın arvadları
kişilәrdәn çox maraqlandırırdı, amma onlar kişilәrdәn fәrqli
olaraq, onun halına acıyırdılar; borcların әlindәn tәngә gәlmiş
qadının nә çәkdiyini yaxşı bilirdilәr. “Oğlumu öldürәrdi…” –
necә oldusa, Anna bulağın başında ağzından qaçırdı; bu kifayәt
idi ki, arvadlar onun әzablarından xәbәrdar olsunlar. Kәnd әhli