Page 90 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 90

Görcö nÿsri antologiyası

                   Qadın başa düşmәliydi ki, o hansı donu nәzәrdә tutur. Uça
               ağ donu ona toy günü almışdı.
                   – Uça!
                   – Geyin dedim.
                   Özü dә geyinmәyә başladı.
                   – Uça! – Tsira ona yaxınlaşdı, –  Uça!
                   Uça şkafın qapısını açıb qadının paltarlarını töküşdürdü.
                   – Bu deyil, bu deyil, bu da deyil... Hardadır, ay qız, o don?!
                   – Nә bilim, neçә vaxtdır geyinmirәm! – Tsira  dillәndi,
               әrinә kömәk etmәyә başladı.
                   – Budur, tapdım, – qadın donu qaldırıb baxdı. – Lap
               qırışıb!
                   – Eybi yoxdur, geyin gedәk! – Uça dedi.
                   – Dәli olubsan-nәdir? Gecәnin bu vaxtı hara gedәk?
                   – Hә, dәli olmuşam, tez ol, geyin  dedim.
                   – Yaxşı, de görüm, hara gedirik?
                   – Geyin, sonra bilәrsәn.
                   Gecәyarısı hara gedәcәklәrini özlәri dә bilmirdilәr.
                   – Yaxşı, –  Tsira qımışdı.
                   Uça pәncәrәyә yaxınlaşıb siqaret yandırdı. Bayırda
               evkalipt ağaclarının kölgәsi görünürdü. Ağaclardan o tәrәfdә
               isә pusquya yatmış kimi sәsini içinә çәkmiş dәniz vardı. Ona
               elә gәlirdi ki, harasa gecikir, tәlәsirdi. Hara getmәk istәdiyi
               yadına düşmәsәydi, mütlәq gecikәcәkdi. Qәfildәn bütün
               varlığı ilә zamanın gәlişini hiss elәdi.
                   Adәt elәdiyin şeylәr artıq yerindәn tәrpәnmir, sanki daşa
               dönür, sәn dә onunla birgә hәrәkәtsiz qalırsan.  Amma
               hәrdәnbir elә an gәlir ki, bu hal insanın ürәyindәn keçib gedir.
        90     Ümumiyyәtlә, elә bir insan varmı ki, gün, saat, dәqiqә vә ya
               anla ayaqlaşsın vә sonsuzluq yolunda onlarla birgә addım -
               lasın? Bu ki, ölümsüzlükdür! Olmaya?..
                   – Uça, – arvadı astadan çağırdı.
                   Uça çevrilib, onun üzünә zillәndi, gözünü çәkmәdәn, xeyli
               baxdı. Tsira bir әlini ürәyinin üstünә qoymuşdu, o biri әli ilәsә
               donunun әtәyini tuturdu, tәәccüblәnmiş vә qorxmuş kimi
               görünürdü.
   85   86   87   88   89   90   91   92   93   94   95