Page 86 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 86

Görcö nÿsri antologiyası

                   Tsira arxaya boylana-boylana addımlarını yeyinlәtdi.
               Adamlar onun arxasınca düşdülәr.
                   – Tsira! Tsira!
                   Kәnardan baxanda, adama elә gәlirdi ki, kәndin küçәsi ilә
               dәli qaçır, uşaqlar da onun arxasınca düşüblәr. Amma deyәsәn,
               onu incitmәk fikrindә deyildilәr.
                   – Dayan, Tsira, dayan!
                   Әn axırda tәyyarәçi qaçırdı. Arxasından paraşüt çantası
               asılmışdı. O, iki ayağı üstә qalxmış tısbağaya oxşayırdı.
                   Uça yerindәn sıçrayıb adamların qarşısını kәsdi. Tsira geri
               boylandı, onu görәndә daha bәrk qaçmağa başladı.
                   Onu tәqib edәnlәr töyşüyә-töyşüyә yaxınlaşdılar.
                   – Nә istәyirsiniz qızdan, nә?
                   Hamı dayandı, üzlәrindәn tәr axırdı, zorla nәfәs ala-ala
               baxışdılar.
                   – Sizdәn soruşuram: nә istәyirsiniz qızdan?
                   Uça bir neçә tanış üz gördü. Gözünün içinә baxa bilmә -
               yәnlәr mәhz onlar idi. Bu vaxt tәyyarәçi dә gәlib çatdı.
                   – Nә olub? – o, Uçaya baxdı.
                   Uça ona yaxınlaşıb ikiәlli yaxasından yapışdı vә bәrk-bәrk
               silkәlәdi:
                   – Nә istәyirsәn o qızdan, nә?
                   Tәyyarәçi çiyinlәrini çәkib, onun әlindәn çıxmaq istәdi:
                   – Burax mәni!
                   Uçaya cavan bir oğlan yaxınlaşdı:
                   – Batono Uça, biz paraşüt idmanı klubu yaratmışıq!
                   – Mәnә nә? – Uça tәyyarәçini buraxıb cavan oğlana tәrәf
               çevrildi. Başa düşürdü ki, axmaqlıq edir, amma artıq gözü
        86     qızmışdı. Axır ki, tәyyarәçi güc-bәla ilә paraşütünü açdı,
               Uçaya yaxınlaşıb çiyinlәrindәn tutdu vә özünә sarı çevirdi.
                   – Sәn niyә tullanıb-düşürsәn?
                   – Tullanıram? – Uça acı-acı gülümsәdi. – Demәli, tul lanı -
               ram, hә? – Qәfildәn  tәyyarәçinin üzünә şillә çәkdi. Tәyyarәçi
               sәndirlәdi, ancaq yıxılmadı. Bir an sonra özünә gәlәn tәyyarәçi
               cumub Uçanın çәnәsinә kәllә ilişdirdi. Uçanın gözünә qaranlıq
               çökdü, sonrakı zәrbә burnuna dәydi. Burnundan qan açıldı.
   81   82   83   84   85   86   87   88   89   90   91