Page 84 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 84

Görcö nÿsri antologiyası

                   İndi dә çalışırdı ki, Tsira  onu görmәsin, ona görә dә keşiş -
               lә söhbәtә başlamaq istәdi:
                   – Bura gәl, yanımda otur, –  deyib keşiş bir az yana çәkildi. –
               Otur.
                   Pillәlәri qalxıb keşişin  yanında oturdu.
                   – Bu meydan burada peyda olandan yuxum әrşә çәkilib,
               dinclik tapa bilmirәm, – keşiş sözә başladı, –  bilmirәm, hara
               baş götürüb gedim. Gedib deyәcәyәm, paraşütlә tullanmağa
               icazә versinlәr, hoppanandan sonra isә paraşütü açmayacağam,
               vәssalam! – o, nazik sәslә güldü, deyәsәn, öz zarafatından
               özünün xoşu gәlmişdi. – Sonra qәzetlәr yazacaqlar ki, keşiş
               paraşütlә tullanır,  – tez xaç çevirdi. – İlahi, sәnin adına qurban,
               dәli olub bu camaat, nә gәzirlәr göydә, nә itiriblәr, görәsәn?
                   “Neylәyim, –  Uça fikirlәşirdi, – onu harayasa apar malı -
               yam, nәyisә göstәrmәliyәm. Yoxsa bütün günü dustaq kimi
               evdә oturur. Hamı kimi deyil, mәn neylәyim? Gәl indi camaata
               başa sal ki, o başqa cür qızdır. Necә kömәk edim ona? Hamı
               kimi yaşayırıq, tәzә hәyat kәşf elәmәliyәm? Hәr şeyin başını
               buraxım... bәs onda kim dolandıracaq bizi? Әl-әlә tutaraq Tsira
               ilә dünyanı dolaşarıq… Camaatın tәnәsindәn qurtulmaq olar?
               Daşqalaq elәyәrlәr. Belә olmasa... Aha! Bu qızmar günәşin
               altında çöl-biyabanda dayanıb. Kaş bilәydim, indi nә
               fikirlәşir”.
                   – Hәr şey yox olub gedir, hәr şey, –  keşişin sәsini eşidirdi, –
               gedir vә bir daha  qayıtmır.
                   Keşiş susdu. Birazdan:
                   – Bu saat soyuq su göydәndüşmә olardı, –  dedi.
                   – Bulaq çox uzaqdadır? – Uça soruşdu.
        84         – Yox, odur bax, әncirin yanındadır.
                   – Onda gәtirәrәm.
                   – Sәnә zәhmәt vermәk istәmirәm.
                   – Su qabın varmı?
                   – Otaqda çaydan olmalıdır, qapının ağzında.
                   Pәncәrәlәrә pәrdә çәkildiyindәn otaq qaranlıq idi. Otaqda
               kәsif iy, tәnhalıq qoxusu vardı. Köhnә şkafın üstündә divara
               ikona söykәdilmişdi. Surәtin qarşısındakı balaca gil qabın
   79   80   81   82   83   84   85   86   87   88   89