Page 79 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 79
Tamaz ×iladze
– Bu qız kimdir? – Uça dostundan soruşdu.
Elә bu an da әli әsalı, qısa sәtin şalvar geymiş alçaqboylu,
gonbul turistin sәsi eşidildi:
– O qıza baxın! Yox, siz bir o qıza baxın!
– Yazıq, deyәsәn, dәlidir! – dostu cavab verdi.
– Hardan bilirsәn?
– Nә bilim, elә-belә dedim…
– Elә bildim tanıyırsan.
– Ömrümdә ilk dәfәdir görürәm.
Uça dostunun bu qızı tanımadığından elә sevindi ki, uzun
yalvar-yaxardan sonra sombrero qoymuş bütün turistlәri çaxır
zirzәmisinә girmәyә razı saldı.
Dükançının elә yekә qarnı vardı ki, elә bil ayaqları üstündә
yox, iri gil küp kimi düz piştaxtanın üstündә dururdu.
O, tanımadığı müştәrilәri görәndә bığaltı güldü vә qışqırdı:
1
– Xvançkara . Bunlara xvançkara ver!
2
Amma aydın oldu ki, turş tsalikauridәn başqa heç nәyi
yoxdur.
Çaxırı xiyar turşusu bankasına tökürdü. Bankanı doldu -
randa әlindә xeyli saxlayırdı, sanki gözlәyirdi ki, içinә pul
atacaqlar. Çoxlu çaxır içib hamısı keflәndi. Uçanın özü
hamıdan tez keflәndi. Әlini alçaqboylu, kök kişinin boynuna
salıb mahnı oxumağa başladı. Mahnının sözlәrindәn xәbәrsiz
turistlәr hәvәslә ona qoşuldular. Uça özünü elә xoşbәxt hiss
edirdi ki, sevincindәn ağlamaq istәyirdi. Kövrәldiyi üçün daha
ucadan oxuyurdu. Birdәn yarımqaranlıq, sәrin zirzәminin
pillә lәrinin başında çalğıçıların köhnә dәbli şalvarlarının ba -
lağı vә ayaqqabıları göründü. Yәqin, mahnı sәsini eşidib, zir -
z ә midә ziyafәt qurulduğunu zәnn etmiş, dәrhal özlәrini 79
ye tir mişdilәr.
Hәzin zurna sәsi asta-asta zirzәmiyә yayıldı, şadyanalıq
nidaları zirzәmini başına götürdü. Uça hiss etdi ki, әgәr elә bu
dәqiqә meydana çıxmasa, xoşbәxtlikdәn ürәyi partlayacaq.
Canbazlara oxşayan gödәk çalğıçılar boş meydanda
dayanıb, ovurdlarını şişirdә-şişirdә zurnalarını üflәyirdilәr.
1 Xvançkara – gürcü çaxırının bir növü
2 Tsalikauri – çaxır növü