Page 83 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 83
Tamaz ×iladze
– Yaxşı.
– Hәlәlik!
Uça tәlәsik addımlarla aralandı. Birdәn dayanıb arxaya
boylandı: sürücü kabinәdәn düşüb, ağacın altındakı daşın üs -
tün dә oturmuşdu. Uça qayıdıb sürücünün qarşısında dayandı.
– Niyә qayıtdın? – sürücü soruşdu.
– Sәn get. – Uça dedi. – Bizi gözlәmә.
– Necә yәni? Sizi gözlәyә bilәrәm…
– Lazım deyil, get! – O, hökmlә dillәndi; bilirdi ki, sürücü
dava-dalaşa baxmaq üçün lәngiyib.
– Yaxşı, batono, sadәcә sizi aparmaq istәyirdim...
– Get, dedim sәnә!
– Yaxşı, yaxşı...
Avtobus gözdәn itәnәcәn Uça әncir ağacının altında
dayandı. Yerindәn tәrpәnmәdi.
“Başıma gәlәnә bax? Tәyyarә meydanında nә işi var?”
Sonra keşişi gördü. O, sәtin tuman-köynәkdә pillәkәnin
üstündә oturub qәzet oxuyurdu. Uçanın ayaq sәslәrini eşidib
eynәyini çıxartdı.
– Salam, – Uça salamlaşdı.
– Salam, oğul, – keşiş gözünü qıyıb diqqәtlә ona baxdı,
tanımayıb başını yırğaladı, – bağışla, sәni tanımadım.
Qәzeti sәliqәylә qatlayıb yanında yerә qoydu, eynәyini dә
üstünә tulladı.
Bu vaxt Uça Tsiranı gördü. O açıq düzәnliyin ortasında
dayanmışdı, yaylığının ucundan ikiәlli tutmuşdu ki, külәk
aparmasın; tәyyarәlәrә sarı baxırdı. Uça da o tәrәfә baxdı.
Tәyyarәnin yanında adamlar qaynaşırdı.
“Görәsәn, nәyә baxır?” 83
Birdәn-birә ürәyi sakitlәşdi: Onu görәn kimi hiss elәdi ki,
elә bir şey yoxdur. Tsiranın bu hәrәkәtindәn tәәccüblәnmә -
mәliydi. Tәlәm-tәlәsik qaçıb gәldiyinә görә utandı: onu
görәndә, nә fikirlәşәcәk? Yaxşı, bәs camaata nә desin, necә
başa salsın ki, o, qәbahәt iş görmür?
“Belә çıxır ki, hamıya hesabat vermәliyәm. Yaxşı, tutalım
dedim ki, elәcә dayanıb tәyyarәlәrә baxır, inanarlarmı? Yox,
yox, heç kәs inanmaz, axı onlar Tsiranı tanımırlar”.