Page 88 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 88

Görcö nÿsri antologiyası

                   Qız sanki Uçanın sәsini eşitmәdi, birdәn çevrilib sakitcә
               soruşdu:
                   – Kimsәn, mәndәn nә istәyirsәn?
                   Sonra gülmәyә başladı, harasa, kәnara baxıb:
                   – Gör başın necә ağarıb, –  deyib başını aşağı saldı…
                   Dalğaqıranın o tәrәfindә dәniz dalğalanırdı.
                   – Bax, biz dә izsiz-tozsuz yox olacağıq, heç nәyimiz
               qalmayacaq. – O, Tsiranın sәsini eşidirdi, yoxsa qızın sәsi ilә
               dәniz danışırdı?
                   Qәfildәn maşının sәsinә oyandı. Gözlәrini açıb soruşdu:
                   –  Görәsәn, saat neçәdir?
                   – On iki olar.
                   – Sәhәri açmışıq ki...
                   – Hә...
                   – Yat...
                   O hәm dә maşının sәsini dinlәyirdi. Deyәsәn, maşın darva -
               zasının qabağında dayanmışdı. Gecәyarısı motorun sәsi lap
               aydın eşidilirdi. Sanki kimsә qәsdәn onları oyatmaq istәmişdi.
                   – Görәsәn, kim olar? – Qız soruşdu.
                   – Nә bilim... Yat...
                   – Sonra alaqapının cırıltısını eşitdilәr.
                   – Bizә gәliblәr! – Tsira dedi.
                   – Kim?
                   – Nә bilim,  –  qız qalxmaq istәdi.
                   – Dayan, –  Uça onun qolundan yapışdı. – Mәn baxaram.
                   O qalxıb şalvarını әyninә çәkdi, çәkәlәklәri ayağına
               keçirdib işığı yandırdı vә qapını açdı. Qız qaranlıqdan gәlәn
               sәslәri eşitmәyә çalışırdı. Bir xeyli tәrpәnmәdәn uzandığı
        88     yerdә qaldı, sonra qalxıb xalatını geydi vә qapıya tәrәf getdi.
                   Görәsәn, kim olar bu gecә vaxtı?
                   Tsira örtülü qapıya zillәnmişdi, sanki pәncәrәdәn baxırdı.
               Eyvana çıxan kimi әrini gördü, yaxınlaşıb әlini onun çiyninә
               qoydu.
                   – Kimdir? – pıçıltı ilә soruşdu.
                   – İçәri gir, –  әri geri çevrildi.
                   – Kimdir axı?
   83   84   85   86   87   88   89   90   91   92   93