Page 81 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 81

Tamaz ×iladze

             Sonra hәr şey öz köhnә axarına qayıtdi. İndi evә qayıtmağa
          tәlәsirdi. Sevinirdi: Tsira hәmişә darvazanın ağzında gözlәyir,
          uzaqdan görәn kimi ona sarı qaçırdı. Uça isә o tәrәf-bu tәrәfә
          baxırdı, belә arvadının olduğuna görә qonşulardan utanırdı.
          Amma o sevinirdi, hәm dә yalnız sevinmirdi, özünü bәxtәvәr
          sayırdı.
             “Görürsәn, xoşbәxt olmaq üçün insana çox az şey lazım -
          dır. Sәnә daha nә lazımdır, ay sәfeh?” – öz-özünü danla yırdı.
          Amma yenә dә elә bil nәyisә çatmırdı, heç özü dә bilmirdi
          nәyi çatmır. İllәr isә bir-birini әvәzlәyirdi. Bir... iki... üç...
          dörd....
             Vaxt tez keçirdi. Bәlkә, ona görә ki, hәmişә sabahkı günü
          gözlәyirdilәr, sanki sabah arzuları çin olacaqdı. Sabah...
          sabah... sabah... bu günü hesaba almırdılar –  tәki gün tez
          keçәydi, qaranlıq tez düşәydi. Elә bil bu gün gördüklәri iş
          vacib deyildi, әn başlıcası sabah olmalıydı. Sabah... O,
          Tsiranın yavaş-yavaş dәyişdiyini görürdü. Daha evdәn eşiyә
          çıxmaq da istәmirdi, sanki hәr şeyә marağını itirmişdi.
             – Biz nә üçün yaşayırıq! – Bir dәfә hәyәcandan titrәyәn
          sәslә soruşdu.
             Hiss olunurdu ki, bu sual çoxdandır ona rahatlıq vermir.
          Onda da belәcә qaranlıqda uzanmışdılar. Bayırda yağış yağır,
          çağlayan dәnizin gurultusu eşidilirdi.
             – Necә yәni nә üçün? – arvadına cavab verdi, ancaq
          Tsiradan  sәs çıxmadı.
             – Biz! Biz nәdәn ötrüyük? – Tsira  yenә dillәndi, sәsi
          titrәyirdi.
             O, dirsәklәri üstündә dikәlib arvadına baxdı:
             – Nә oldu yenә sәnә?                                   81
             Qadın yorğanı başına çәkib susdu.
             İki il әvvәl hәmişәki kimi dәnizdәn qayıdanda evә
          çatmamış ona xәbәr verdilәr:
             –  Arvadını tәyyarә meydanında görüblәr, tәyyarәçilәrdәn
          qohumu-zadı yoxdur ki?
             –  Tәyyarә meydanında? – o, tәәccüblәndi. –  Tәyyarә
          meydanında Tsiranın nә işi var? Tәyyarә meydanı qәsәbәdәn
   76   77   78   79   80   81   82   83   84   85   86