Page 78 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 78
Görcö nÿsri antologiyası
Oğlan gülümsәdi: “Hә, yenә başladı sәfehlәmәyә...”
Qadın bunu bacarırdı. Günәşdәn qorunmaq üçün üzünü
örtüb bütün günü bostanda dolaşanda da, evdә sobanın
böyründә yanaqları istidәn pörtmüş halda oturanda da, boş
durmurdu – hәmişә nәsә tapırdı: ya balıqqulağı, ya tanımadığı
qәribә ot, ya da külәyin eyvana gәtirdiyi quş tükü tapanda eh -
malca әlinә götürәr, gözünü çәkmәdәn baxar... vә gü -
lümsәyәrdi. Bәlkә dә, öz fikirlәrinә, quş tükü kimi külәkdә
oynayan fikirlәrinә gülümsәyirdi.
Uçanın günü dәnizdә keçirdi.
– Dәniz, yalnız dәniz, – hündürdәn, zәhlәtökәn boğuq
sәslә öskürәn Abo deyirdi, – qalan hәr şey yalandır.
Qocanın dәniz duzundan yeyilmiş әllәri qırxayağın kiçi -
cik caynaqları kimi hәmişә hәrәkәtdәydi. Abonun iri damarlı
әllәri elә bil hörümçәk toru ilә örtülmüşdü, gözlәrinin işığı
azalmışdı. İstәr-istәmәz fikirlәşdi ki, gec-tez, o da qayığın
burnunda oturmuş, külәkdәn vә duzdan әrimiş qoca kimi
olacaqdır.
– Mәnim heç kәsim yoxdur, – Abo deyirdi. Әgәr hәmin
anda Uça toru çәkirdisә, qabaqcadan bilirdi ki, boş çıxacaq.
Bu köpәk oğlu nә tәrs adamdır!” – o, ürәyindә fikirlәşirdi,
ancaq qocaya heç nә demirdi.
– Heç kәs dә lazım deyil! Heç kәs – Abo deyinirdi. Tsira
isә eyvanda oturub gülümsәyirdi. Uça onu ilk dәfә bazarda
görәndә dә belәcә gülümsәyirdi. Onda qırmızı çәtiri başının
üstündә paraşüt kimi asılmışdı, özü isә ağ don vә ağ sәndәllәr
geymişdi. Bu sәs-küydә, yağlanmamış yellәncәyin cırıltı -
sından, satlıq mal-qaranın böyürtüsündәn, deyәsәn, heç nә
78 eşitmir vә görmürdü. Onu nә taxçalardakı al-әlvan parçalar,
nә şirin qarpızlar, nә әtrafına çoxlu adam yığılmış çalğıçılar
dәstәsi, nә dә şәhәrdәn gәlmiş rәssamın çәkdiyi lövhәlәr cәlb
edirdi. Bu lövhәdә çay vә sitrus plantasiyalarında tәsvir
edilmiş insan fiqurlarının üstünә әmәk qabaqcıllarının şәkillәri
yapışdırılmışdı. Lövhә fotoçu Amberkinin pәrdәsinә oxşayırdı:
başını pәrdәdәki deşikdәn çıxarıb, at belindә oturmuş adama
çevrilirdin.