Page 74 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 74
Görcö nÿsri antologiyası
***
Yüzminlik ordu qәflәtәn vәfat etmiş Günәş timsallı әmirini
Sәmәrqәndә, son mәnzilә yola salırdı.
Atlardan enmiş minlәrlә süvari matәm içindә yәhәri
alınmış, lacivәrd ipәk çulla örtülmüş löhrәm atların yüyәnin -
dәn tutub gedirdi. Üç yüz nәfәr ayaqyalın, üz-gözünü cırıq-
cırıq elәmiş, ağ kәfәnә bürünmüş arvadı hökmdarın ölümünә
ağlayır, ağı deyirdi. Onlardan on iki әn sevimli qadın qızılı
parçaya bürünmüş gümüş tabutun arxasınca dizin-dizin sürü -
nürdü – hәmin on iki sevimli qadınını Tamerlanla birgә mәzara
gömmәliydilәr...
Salnamәlәr belә deyir.
Onlara inanmayın!
Nә yüzminlik qoşun, nә dә üz-gözünü, sinәsini cırıq-cırıq
elәmiş üç yüz arvad vardı. Qızılı parçaya bükülmüş tabut da
yox idi.
Tristanla mәn qәzetә bükülüb sellofan torbaya qoyulmuş
qanlı tiranı vәlәs ağacının altında basdırdıq. Arvadlarından heç
biri öz hökmdarının arxasınca mәzara getmәk istәmәdi.
Mәzar-filan nәdi! Hәtta Si-Si-Li hamının qulağı eşidә-eşidә
bәyan etdi:
– Onsuz da, o artıq mәndәn ötrü çoxdanın ölüsüydü!
– Sәsini kәs, bәdbәxt, Allaha ağır gedәr! – mömin Yana
Kuritsa boşboğaz Si-Si-Lini dimdiklәdi. Vәssalam. Qalanları
heç qәbrә sarı da baxmadı.
Amma bir mәsәlәni qeyd elәmәk lazımdır: bilmirәm
vicdan әzabı çәkdiyindәnmi (necә olsa da, onların әriydi),
74 yoxsa tәsadüfәnmi, yaxud başqa sәbәbdәnmi, Tamerlan dәfn
olunduğu gün onun dul arvadlarından heç biri yumurtlamadı.