Page 69 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 69

Nodar Dumbadze

                                   ***
             Onun haqqında xoşagәlmәz şayiәlәr dolaşırdı, amma
          Tamerlan söylәndiyi qәdәr dә әxlaqsız deyildi.  Tarağayın
          oğlunun cәmi on iki arvadı vardı. Әmirlәr, xanlar, şahlar vә
          sultanlardan savayı, kim bu qәdәr hәrәm saxlayır?  Dediyim
          kimi,  Tamerlanın cәmi on iki arvadı vardı – günәşüzlü,
          yaraşıqlı, hamısı bir-birindәn gözәl, amma cәmi on ikicә nәfәr
          idilәr. Onların sәkkizi xalis gürcü cinsiydi, Pasanauri
          bazarından almışdıq; doqquzuncunu uruslar mәmlәkәtindәn
          Nina Kuropatkina gәtirmişdi; onuncusu Kiyev getmanı Yana
          Kuritsanın varisiydi; on birincisi Monqol cinsinin ömrünü
          uzatmaq mәqsәdilә uzaq Çindә әldә edilmiş iridöşlü,
          uzunboyunlu gözәlçә De-Da-Liydi; on ikincisi isә Hokkaydo
          adasındakı yapon samuraylarının törәmәsi, miniatür, olduqca
          mütәnasib bәdәnli, qәşәng vә çәpgöz Si-Si-liydi. 1
             Vәssalam. Ömrünün son gününәcәn Tamerlanın başqa
          arvadları olmadı, başqalarını almaq fikrinә dә düşmәdi;
          istәsәydi, qüdrәtli Tamerlanın  qarşısında kim duruş gәtirә
          bilәrdi?
             Doğrudan da, bu türklәşmiş monqol çox amansız idi. Söz -
          süz, bu axsaq gavur, on iki günәşüzlü, yaraşıqlı xanıma sahib
          olmaq, cah-calallı hәrәmxana yiyәsi olmaq üçün qan tökmәli,
          rәqiblәri yolundan kәnarlaşdırmalıydı.
             O, qonşu mәmlәkәtlәrin on hökmdarından vә sәrkәr dә -
          sindәn dördünü qırdı, büsbütün müflis elәdi. Döyüş mey -
          danında öz әliylә dördünün başını üzdü, sonra körpәlikdә
          sın mış ayağında parıldayan iri, tiyә kimi iti caynağıyla
          qarınlarını rәhmsizcәsinә parçaladı, onların içalatı toz-torpağa  69
          bulaşdı, devrilmiş rәqiblәrini gözlәrinin işığı sönәnәcәn qovdu.
             İndi Tamerlanın düşәrgәsi Araqvi dәrәsindәydi, o sevimli
          arvad larının әhatәsindә, firuzәyi rәngli ipәk çadırının qaba -
          ğında, Gürcüstan günәşinin ilıq şüaları altında gәlәcәk qanlı
          çarpışmaların intizarını çәkә-çәkә istirahәt edirdi.



          1  Gürcü dilində “dedali” toyuq, “sisili” cücə deməkdir.
   64   65   66   67   68   69   70   71   72   73   74