Page 67 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 67
Nodar Dumbadze
TEYMURLӘNG
oğanlıqlı Әli Osman oğlu tәsadüfәn Tarağay oğlu
1
STeymurun qıçını sındırdı – dabanbasaraq dalınca gәlәn
qarayaxa uşaqlardan canını qurtarmaq mәqsәdilә әl ağacını
tolazladı, ağac düz Teymurun dizinә dәydi.
Tarağayın oğlu ağrıdan fәryad qopardı, sәsi gәldikcә
bağırmağa başladı. Adama elә gәlirdi ki, bu hay-küy heç vaxt
qurtarmayacaq.
– Sәsi başımıza düşdü, yaxşısı budur, başını kәs! – qonağı
Mustafa mәslәhәt gördü.
– Nә danışırsan, bәdbәxtә yazığım gәlir, – kefi pozulmuş
ev sahibi cavab verdi, sonra Teymuru qucağına götürüb, sınmış
qıçını alabәzәk yaylıqla yaxşı-yaxşı sarıdı vә onu eyvana
buraxdı.
– Ona bax, elә bil gözlәri qan çanağıdır! Tәlәf olmasa,
böyüsә, şübhәsiz, axsayacaq, amma çәtin ki onun öhdәsindәn
gәlәn tapılsın! – Süleyman sözünü tamamlayıb qonağı içәri
dәvәt elәdi.
***
– Levan! – kimsә küçәdәn sәslәndi.
– Buyurun, möhtәrәm Nutsa! – Nanuli qonşu qadının
sәsini tanıdı.
Hәyәtә iri çanta, şagird dәftәrlәri vә qızılgül dәstәsiylә
yüklәnmiş bir xanım girdi, gәlib kölgәlikdә әylәşdi.
– Möhtәrәm Nutsa, hәr gün niyә narahat olursunuz, – kiş, 67
lәnәtә gәlmişlәr! – hәr gün qızılgül gәtirirsiniz, – kiş, kiş, yox
olun sizi!
– Nә danışırsınız, – kiş, a toyuq! – narahatlıq nәdi, әzizim
Nanuli! Kiş! Kiş! Onları çәpәrin içinә salmaq lazımdır, yoxsa
bütün göyәrtinin axırına çıxacaqlar, cәhәnnәm ol, a toyuq!
1 Soğanlıq – Tbilisi yaxınlığında azərbaycanlılar yaşayan kənd