Page 65 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 65
Revaz Ènaniøvili
çarpaz qoyulmuşdu, saralmış sifәti, әrimiş dodaqları sakit idi.
Alnındakı ağarmış tellәrini külәk tәrpәdirdi.
Levan maşına sarı gedib oğlanlara kömәk etmәk istәdi.
Gәnclәr tabutu yüngülcә qaldırıb kuzova qoyaraq qapağı
örtdülәr.
– Lütfәn, kәndә dә gәlin, halallıq verin – dülgәr vә oğlan -
ları Levandan xahiş etdilәr.
Levan:
– Әgәr ortadan bir iş çıxmasa, yanınızdayam, – deyib,
vidalaşaraq geri döndü.
Qışın çılpaqlaşdırdığı, gövdәlәri qaraya çalan ağacların
arası ilә gedirdi. Aşağı әyilmiş göy üzü ağır vә qara idi. Bu
qaraya çalan dünyada bir çimdik ağarmaqda olan işıq vardı.
Sixarula öz adının mәnasıyla, narazı olmadığı hәyatı, taleyinin
bu cür sonluğu ilә elә bil bu işığa nur verirdi.
Levan hәr şeyә – qara ağaclara, qara göyә, qaraya çalan
köhnә evlәrin damlarına, gәlib keçәn adamların sifәtinә
baxırdı vә hәr şey ona ölümdәn bәraәt qazanmış kimi
görünürdü. Levan sәki ilә gedir vә heç nәdәn qorxmurdu.
65