Page 62 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 62
Görcö nÿsri antologiyası
Dülgәr papağını irәli keçirib qurşağının yanından iki әli
ilә tutdu.
– Arvadım... Sixarula ölüb...
– Nә danışırsız?!
– Yazıq xәrçәngdәn keçindi. Heç cür kömәk edә bilmәdik.
Yenә, şükür ki, çox әziyyәt çәkmәdi...
Dülgәr susdu. Onun gözlәri fağır-fağır işıldayırdı.
Görünür, ağız açmağa üzü gәlmirdi.
– Kömәk lazımdır, – dülgәr açıq-aşkarcasına gülümsündü.
– Sizi narahat etmәyә mәcburam.
– Hәmkarlar tәşkilatı sәdrinin yanına get, mәn dә tapşır -
ram, imkan daxilindә kömәk edәrik.
– Pul-mul lazım deyil. Tәkcә maşına ehtiyacımız var.
Meyiti kәndә aparacağıq.
Levan fikrә getdi.
– Hansı kәndә?
– Burada, yaxınlıqda, Kaspi rayonunda balaca bir
kәnddir...
Levan yerinә çökdü. Maşın özlәrinә dә çatmırdı.
– Maşın işi...
– Gәrәk kömәk edәsiniz. Başqa çıxış yolu yoxdur.
Levan telefonun dәstәyini qaldırdı, nömrәlәri yığdı, ancaq
heç kim cavab vermәdi.
– Maşın nә vaxta lazımdır?
– Sabaha. Yәqin, günortayacan geri, işә qayıdar...
Levan telefonun nömrәlәrini yenidәn yığdı.
– Siz burada qeydiyyatdasız? Şәhәrdә yaşayırsız. Kәnddә
62 nә işiniz var? Mәrhumu burada basdırmaq olar...
– Burada siz deyәn evimiz-eşiyimiz yoxdur. Bir dә ki, ana
qәbri kәnddә olsa, övladları dәdә-baba yurdunu unutmazlar.
– Әlbәttә, әlbәttә...
Başqa telefon zәng çaldı. Levan dәstәyi qaldırdı, dülgәrә:
– Qonşu otağa gedin, – dedi, – әrizә yazar, fikirlәşib nәsә
kömәk edәrik. Ancaq idarәnin hesabına beş-on manat keçir -
mәyi unutmayın.