Page 58 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 58
Görcö nÿsri antologiyası
başlayır. Şikayәt haradasa yoxa çıxır, orkestr irәli şığıyır,
mübarizә aparır, şiddәtli müqavimәt göstәrir. Amma gücü
tükәnir vә qoboy yenә keçmiş haqqında kәdәrli xatirәni
andıran melod iyasını tәkrar edir.
“Әlbәttә ki, mәnsiz başlaya bilmәzlәr!” – Dmitri bunu az
qala ucadan dedi, hiss elәdi ki, artıq yerimir, qanadlanıb teatra
doğru uçur.
İndi hamı ona yol verirdi.
Hamı ona baxırdı.
Hamı ona gülümsünürdü.
Dmitriyә elә gәlirdi ki, hamı ona tanımadığı yad adamın
sözlәrini pıçıldayır.
Qәfildәn kimsә onu saxladı. Qonşusu idi.
– Hara belә tәlәsirsәn? Hәlә tezdir axı!
– Neylәyәsәn, işimiz belәdir, gәrәk tez gedәsәn! – Dmitri
hәmişәki kimi dillәndi. Amma qәlbi köksünә sığmırdı. Çoxdan
vәrdiş elәdiyi bu sözlәrdәn başqa, indi o digәr sözlәr dә bilirdi,
amma qonşunun bundan xәbәri yox idi.
Qonşunun zәhlәtökәn söhbәtinә Dmitri candәrdi qulaq
asırdı. Hәrdәn başını fikirli halda tәrpәdib yalandan nәyisә
tәsdiqlәsә dә, nәzәrlәrini bir nöqtәyә dikib öz düşüncәlәriylә
mәşğul idi.
***
Dmitri sәhnә arxasına şәn halda, fit çala-çala, cismindә
heyrәtamiz yüngüllük duya-duya keçdi. Uşaq kimi dәcәllik
elәmәk, bir-birinin üstünә yığılmış stulların üstünә atılmaq,
58 yaxud zarafatla kiminsә yanağını çimdiklәmәk istәyirdi.
Pultların arasından adlayıb qoboyu yerinә qoydu. Hәmin
mәqamda yaman siqaret çәkmәk istәdi. Artıq teatrdan
çıxmağın mәnası yox idi, vaxt daralmışdı. Dmitri dolama
pillәkәnlә ikinci mәrtәbәyә qalxıb bufetdәn “Prima” aldı.
Dәhlizdә gәzişә-gәzişә, siqareti acgözlüklә sümürüb lojanın
açıq qapısından pәrdәsi salınmış sәhnәyә baxırdı. Orkestr
meydançasından köklәnәn alәtlәrin sәsi gәlirdi. İndi anlaşıl -