Page 55 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 55
Ediøer Kipiani
QOBOY
әr peşәnin öz bezdirici yeknәsәqliyi var, – Dmitri hә -
Hmişә özüylә gәzdirdiyi qoboyunu yellәdә-yellәdә
axşam opera binasına girәndә özünә tәskinlik verirdi. O,
dinmәzcә, başının hәrәkәtiylә orkestrin çalğıçılarını salam -
layır, qoboyu qara rәngli ağacdan düzәldilmiş qabından çıxarır,
barmaqlarını dillәrin üzәrindә gәzdirirdi. Salonda çilçıraqlar
yavaş-yavaş sönürdü, elә bil kimsә nәhәng lampanın fitilini
aşağı salır, gecikmiş tamaşaçılar yerlәrini axtara-axtara ora-
bura vurnuxurdular; dirijor pulta yaxınlaşır, çubuğunu qaldırır,
yeni tamaşa başlayırdı. Әgәr bәzәn mәşhur bir ifaçı qastrola
gәlirdisә, Dmitri onu daha yaxşı görmәk vә eşitmәk üçün
fasilәlәrdә ehtiyatla ayaqları ucunda dikәlirdi. Belә şeylәri
nәzәrә almasaq, gündәlik yeknәsәqliyi heç nә pozmurdu.
Deyәsәn, Dmitri opera orkestrinә qәbul olunan vaxtdan –
bu da otuz beş il әvvәl baş vermişdi, onda Abesalom vә Xoze -
nin ariyalarını Saracişvili ifa elәyirdi – heç nә dәyişmәmişdi.
Klassik repertuarı Dmitri az qala әzbәr bilirdi, yeni, sanballı
opera әsәrlәri isә gec-gec yaranırdı, buna görә dә premyera
günlәrindә qocaman çalğıçını – tәcrübәli sәnәt bilicisini –
narahat elәyәcәk bir hadisә baş vermirdi.
Әlbәttә, premyeradan sonra resenziyalar yazır, quruluşçu
rejissoru tәriflәyir, ifaçıları göylәrә qaldırır, axırda ötәri tәrzdә
“orkestrin çox gözәl çaldığını” qeyd elәyirdilәr.
Onu da demәk lazımdır ki, Dmitri digәr musiqiçilәrlә ya -
naşı, müharibә vaxtı konsert briqadalarında çaldığına görә, 55
medalla tәltif olunmuş, yaxşı işinә görә tәşәkkürnamә almışdı,
amma bütün bunların hamısı ötәri – “bәzi orkestr üzvlәri... vә
başqaları...” kimi qeyd edilmişdi.
Allah elәmәsin, başqalarından yaxşı olduğu barәdә
fikirlәşmәk Dmitrinin heç ağlına da gәlmirdi. Qәtiyyәn. Amma
bәzәn küçәdә, çox vaxt da evdә yuxuya getmәzdәn әvvәl elә
ki gözlәrini yumurdu, yaddaşında gәnclik illәri, doğma kәndi,