Page 52 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 52
Görcö nÿsri antologiyası
taqlar hәlә yenә dә ümid edirdilәr ki, bәlkә, ikinci dәfә komis-
siya qarşısına çıxarılsalar, xәstәliklәri tәsdiq olunar. Aydındır
ki, dәli heç vaxt başqalarının dava-dalaşına, çәkişmәsinә
qarışmaz. Sözün düzü, Katsaberidzeni dәnizçinin әlindәn
alarkәn, özümü dә yaxşıca әzişdirmişdilәr. Üç nәfәr
simulyantın münasibәti belәcә bitdi. Bitdi, çünki demәzsәnmi
Proskurov yenә dama çıxıbmış, mәni isә onun әvәzinә mәtbәx
üçün odun yarmağa göndәrdilәr. Komissiyadan keçәrkәn xәstә
olmadığımı özüm boynuma aldım. Hә, bu Proskurov dediyim
çox maraqlı bir tip idi. Onun xәstәliyi beynini gәmirәn
mәnasız fikirlәr idi: o әmin idi ki, sovet kәnd tәsәrrüfatının
gәlәcәk inkişafını kolxozlar yox, sovxozlar müәyyәnlәş -
dirәcәk. Lakin bu idefiks hәrdәnbir yadına düşürdü. Әksәr
halda isә çox sakit, çalışqan insan idi, mәtbәx üçün odun
yarırdı. Bir sözlә, xәstәliyi xroniki idi. Nәzәriyyәsini kütlәyә
çatdırmaq üçün auditoriyanı da orijinal üsulla toplayırdı:
korpusların qotik damlarındakı bacanın üstünә qalxıb, oradan
çıxış etmәyә başlayırdı. İş burasındadır ki, keçmiş monastır,
hal-hazırda isә Düşәrgәlәri İdarәetmә müәssisәsinin “Sarı
oazis” adlanan psixiatriya müalicәxanası da artıq şәhәr
әrazisinә daxil edilmişdi. Hasarın o üzündәki küçә hәmişә
adamla dolu olurdu. Birinci çıxışını Proskurov bu cür tәşkil
etmişdi: çardağa qalxmış, çardaqdan damın üstünә, damın
üstündәn isә bacalar cәrgәsinә. Cәrgә qәdimdәn salınmışdı vә
buna görә dә uzun, beş vә ya altı bacadan ibarәt idi.
Sanitarların bәxtindәn Proskurov dama ancaq iki-üç ayda bir
dәfә çıxırdı, yoxsa xәstәni oradan düşürmәk zarafat iş deyildi.
52 Onlar çardaqdan, lap uzağı isә dam pәncәrәsindәn o yana
getmәyә cürәt etmirdilәr – hamısının ailәsi, oğul-uşağı var idi
vә hәtta kimsәsiz sanitar belә üçüncü mәrtәbәnin damından
yıxılıb yerә düşmәk istәmirdi. Şәr qarışanda Proskurovun
“auditoriyası” seyrәlirdi vә o, elә oradaca yatır, sәhәr tezdәn
isә yenidәn tәbliğata başlayırdı. Proskurovun dama dördüncü
“sәyahәti” zamanı sanitarlardan biri belә bir çıxış yolu
fikirlәşib tapdı (mәncә, hәmin sanitara Nobel mükafatı düşür):