Page 49 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 49
Cabua Amirecibi
“ASSA!”
arı vahәni xatırlamayaq?.. Xatırlayaq... Nә idi o әclafın
Ssoyadı?... Nә idi, hә? – Katsaberidze!..
Bu hadisә, bizi yatabla Karaqanda şәhәrinә aparanda baş
verdi. Mәn Karaqandaya deyil, Komiyә getmәk istәyirdim –
İntanın vә yaxud Vorkutanın hәbs düşәrgәlәrinә. Çünki orada
Amiran Morçiladze, Rezo Tkavadze, Tariel Kutateladze, Saşa
Papava kimi dostlarım vardı. Bunun üçün hansısa bir yolla
yatabdan qalmalıydım. Hәbsxanada yatdığım uzun müddәt
әrzindә fәndgirliyi, o cümlәdәn özümü ağıldankәmliyә
vurmağı öyrәnmişdim. Yatabdan qalmağın daha bir yolu da
şәxsi işi oğurlayıb әlә keçirmәk idi, lakin bu, demәk olar ki,
mümkün olan şey deyildi. Çünki bizi dustaqlar vaqonuna
yerlәşdirir, şәxsi işlәri isә mühafizә rәisinin kupesindә
saxlayırdılar. Bir sözlә, özümü dәli yerinә qoymaq qәrarına
gәldim. Bu o qәdәr dә asan iş deyil: gәrәk yemәkdәn imtina
elәyәsәn, bir küncә qısılıb oturasan, heç kәsә bir kәlmә cavab
vermәyәsәn, yeri gәlsә, altını belә batırasan. Zaman vә yer
gәrәk o qәdәr mükәmmәl seçilә ki, yaxında hansısa düşәrgәnin
psixiatriya müalicәxanası olsun vә getdiyin qatar hәmin
xәstәxana yerlәşәn şәhәrdәn keçsin. Onu da deyim ki,
xәstәxanada sәnin xәstәliyinin tәsdiq olunması şәrt deyil. Әsas
yatabdan qalmaqdır – qalan şeylәr sonradan düzәlә bilәr. Uzun
sözün kәsәsi, Kazan şәhәrindә mәni qatardan düşürdülәr. Mәni –
yәni mәhbus Yaqor Karqaretelini sanitarlara tәhvil verdilәr vә
qatar Karaqandaya yola düşdü. Qatardan düşәnlәri
xәstәxanaya gәtirib yatab kamerasına yerlәşdirdilәr. “Dәlilik 49
proqramı”na uyğun olaraq müqavimәt göstәrirdim. Uşaq vaxtı
hәrdәn ata-anamla birlikdә Surama gedirdik, lakin heç oradakı
dәlixanada da bu qәdәr dәli görmәmişdim. Böyük kamera
ağzınacan dolu idi. Bir küncә qısılıb әtrafımı “tәdqiq” etmәyә
başladım... Bu “Sarı oazis” belә әmәlә gәlmişdi: dәqiq
bilmirәm, nә vaxtsa Martin Lüteri tәqib edәn kilsә Kazan
şәhәrinin lap yaxınlığında bir monastır tәsis etmişdi – aydındır