Page 70 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 70

Görcö nÿsri antologiyası

                                        ***
                   Hәmin bazar günü mәşhur rus şairi Saquramodakı evimә
                                                 1
               qonaq gәldi. Günortayacan İlya Çavçavadzenin malikanәsinin
               hәyәtindә gәzişә-gәzişә dünya әdәbiyyatından söhbәt elәdik.
                   Nanuli hәyәtdәki ağacın altında nahar süfrәsi açdı. Rus
               dostum “Odessa”nın vurğunuydu, indi bu gözәl içkini lәzzәtlә
               içirdi, mәnsә arabir çex pivәsindәn bir-iki qurtum alırdım –
               hәkimlәr mәnә içmәyi dә çox görürdülәr.
                   Birdәn iri xoruzumuz masanın üstündә peyda oldu. Mәn
               buna adәt etmişdim deyә fikir vermәdim, amma qonağım
               tәәccübündәn dik atıldı. Xoruz onu başdan-ayağa süzdü, sonra
               mәnә sarı döndü: “Bu kimdi?”
                   – Dostum, rus şairi Yevgeni! – qonağı tәqdim elәdim.
                   Xoruz ona bir dә baxıb qanadlarını elә bәrk çırpdı ki, kağız
               salfetlәr bәyannamәlәr sayaq havada uçuşdu, boğazını uzadıb
               var sәsiylә banladı, yenә gözlәrini mәnә dikdi, Yevgeniyә işarә
               elәyib göz vurdu: “Bir ona bax!” – sanki, onun bütün әsәrlәrini
               әzbәrdәn bilirdi; sonra boşqabdan dana әtindәn çәkilmiş
               kababın әn iri, әn yağlı tikәsini götürüb masanın üstündәn yerә
               atıldı, asfalt yolla axsaya-axsaya çıxıb getdi.
                   – Bura bax, bu kimdi? – özünü itirmiş qonağım soruşdu.
                   – Tamerlan, –  deyib pivәdәn bir qurtum aldım.
                   – Kim?
                   – Dedim dә, Tamerlan!
                   – Adamyeyәndi-nәdi?
                   – Bütün tiranlar vә diktatorlar kimi, – xoruzun
               acgözlüyünә haqq qazandırdım.
                   –  Topal olmasaydı, mәn o çığırğanı Şalyapin adlan-
        70     dırardım, –  qonağın sәsindә hәsәd duyuldu.
                   – O da düzdü, Şalyapinә daha çox oxşayır, tәbii ki, Me -
               fistofel rolunda, amma neynәmәk olar, topaldı... – Mәn razı -
               laşdım.
                   – İlahi, necә dә gözәldi! – Qonaq heyrәtlә dillәndi. – Ta -
                                    2
               mer lan haqqında Qoqla necә deyib?
               1  Rus şairi Yevgeni Yevtuşenko nəzərdə tutulur.
               2  Gürcü şairi Georgi Leonidze nəzərdə tutulur.
   65   66   67   68   69   70   71   72   73   74   75