Page 77 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 77
Tamaz ×iladze
Naxır isә hәqiqәtdә qәsәbә yolu ilә hәrәkәt edirdi. Axşam
düşürdü. Elә bil inәklәrin belini qırmızı ağcaqayın yarpaqları
ilә örtmüşdülәr. İnәklәrin dolu, ağ yelinlәri dәf kimiydi; onlar
toydan qayıdan kefli çalğıçılar kimi sәndirlәyirlәr.
Hәyәt qapısı açıldı, yola bir qız çıxdı. O, öz arvadını tanıdı.
Yox, bu qız hәlә onun arvadı deyildi. O vaxt hәlә onu uzaqdan
tanıyırdı. Qız başını geri atdı, әlini gözünün üstünә qoyub
sәmaya baxdı.
– Durna, durna, – o şәn-şәn sәslәndi.
Naxır, at belindә oturmuş naxırçı, bacalardan çıxan tüstü…
birdәn-birә hәr şey dondu. Yalnız qızın sәsi hәrәkәtdәydi, asta-
asta yuxarı qalxır, qalxdıqca nәyinsә şәklini alırdı. Axırda sәs
axşamın boz toranlığında әvvәlcә güclә seçilәn, sonra isә
aydınca görünәn durnaya, qanadlarını geniş açaraq uzaqlara
uçmaq üçün havalanmış durnaya oxşadı.
Qәfildәn başa düşdü ki, o özü orada yoxdur. Bәs onda
bunu necә görә bilәrdi? Ümumiyyәtlә, o haradadır?
– Harada? – hündürdәn soruşdu vә dәrhal ayıldı, sәn
demә, bayaqdan mürgülәyirmiş.
– Necә yәni harada? – arvadı cavab verdi. – Bizim bosta -
nın yanında! – Görünür, o nәsә danışırmış.
Hәmişә yatmazdan әvvәl qadın ona astadan nәsә danı şırdı,
o isә dinmәzcә dinlәyirdi. Amma bunların hamısı yuxuya
bәnzәyirdi, elә bir yuxuya ki, onu görmürsәn, ancaq eşidirsәn.
– O, başını qanadının altına soxub yatırdı... – qadın dedi.
– Hә, – onun sözünü tәsdiqlәdi. Әslindә, demәk istәyirdi
ki: “düzdür, durnalar mәhz elә yatırlar”, amma tәnbәllik elәdi.
Qadın hekayәtini yarıda kәsmәsin deyә “hә” demәklә
kifayәtlәndi. 77
– Hә, – qadın davam etdi, – onlar belә yatırlar, ayaq üstә...
vә susdu.
Fikirlәşdi ki, deyәsәn, arvadı yuxu tutdu, amma elә bu
vaxt onun gülüşünü eşitdi. Tәәccüblәndi, ancaq heç nә demәdi,
yalnız çiyninә toxundu ki, nәyә gülürsәn?
– Mәnim kimi, – qadın gülә-gülә dedi, – lap mәnim kimi!
Qadın öz-özünә, sәssizcә uğunub getmişdi.