Page 95 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 95
Otar ×iladze
içindәydi – Georqanın mayorla dostluğu mühüm nәticәlәr
vermәli, xәbәr tezliklә Borçalıya çatmalıydı. Tәbii ki, bütün
bunlar Borçalının xoşuna gәlmәyәcәkdi. İndi hamı dul qadının
hәmişә gecәyarı, dәhşәtli yuxudan qorxmuş uşağın bәrәlәn
gözlәri kimi qәfildәn işıqlanan pәncәrәsini daha böyük
maraqla izlәyirdilәr…
Borçalı açıq-aşkar hәddini aşmışdı – ona görә ki, özünü
әlә almağı bacarmamış, qısqanmağa başlamışdı. Yәqin ki,
artıq xoşbәxtliyi haqqında düşünmür, öz başının hayına qalıb,
Urukidәn sağ-salamat çıxmaq barәdә fikirlәşir – axı indi o,
mayorla qarşılaşmalıydı. Kәnd әhli qadınla uşağı döymәyi heç
kimә bağışlamazdı, amma indi mayoru qabaqlamaq
istәmirdilәr. Bundan sonra ilk sözü mayor demәliydi. Axı
incidilmiş uşaq mayorun dostu, döyülmüş qadın isә dostunun
anasıydı. Әgәr o, qadını Borçalının әlindәn almaq istәyirdisә,
әlinә bundan yaxşı fürsәt düşmәyәcәkdi. Uşağı at belindә
gәzdirә bilәrsәn, amma bundan onun tәhqir olunmuş anasına
nә xeyri? Qadını nәdәnsә imtinaya sövq etmәk istәyirsәnsә,
әvәz olaraq ona daha yaxşı şeylәr vәd elә – bu, kişi dә ola bilәr,
baş yaylığı da! Bax mayor mәhz indi tәsdiqlәmәliydi ki, o,
Borçalını әvәz elәyә bilәr; Borçalıdan yaxşıdı, çadırda
oturmağının, açıq döyüşә atılmağının sәbәblәrindәn biri dә,
yeri gәlmişkәn, o özüdü… Hәm dә sәbәblәrindәn biri yox –
başlıca, yeganә sәbәbi! O olmasaydı, Borçalı qızışıb özündәn
çıxardımı? Yәqin, başa düşmüşdü ki, vaxtında işә qarışmasa,
sakitcә onun hәdiyyәlәrini qәbul elәyәn, par-par yanan mayor
mundirindәn gözlәrini ayırmayan ana – oğulun dәrsini ver -
mәsә, isti yuvası dağılacaq! Mayora isә anladırdı ki, heç nәyi
elә-belә, göydәndüşmә qazanmağa ümid elәmir, güman ki, ona 95
görә belә bağırırdı; әgәr bütün bunlar mayoru qane elәmirdisә,
o çadırdan çıxmalı, Borçalının nә istәdiyini yerin dәcә aydın -
laşdırmalıy dı.
Evlәrinin qabağında durub soyuqdan büzüşәn urukililәr
belә fikirlәşirdilәr. Bir halda ki yuxudan yarımçıq qalxmış -
dılar, dağılışıb getmәyә tәnbәllik elәyirdilәr. Hәm dә dul
qadının evindәki qalmaqalın nәylә başa çatacağını öyrәn -