Page 99 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 99
Otar ×iladze
onlarla yaxınlaşmaq o qәdәr asan olardı! Amma tamam
hәrәkәtsiz oturmaq da olmazdı, o da nәsә elәmәliydi. Buna
görә dә bütün gecәni gözünü yummadı, sandığın üstündәn
qalxmadı – oturur, qulaq asır, fikirlәşirdi…
1
– Basurman bizi ayaqaltı elәdi! – ertәsi gün dükan sahibi
ona dedi.
Dükançının adı Qaregin idi, türkiyәli ermәni qaçqınların -
dandı, indi yalnız bir şeyin fikrini çәkirdi: öz ata-anasının
cәsәdlәrini necә gәtirib Urukidә basdırsın. “İnsanın ata-anası
haradadırsa (ölu olsalar belә) evi dә oradadır,” – Qaregin
dükana gәlәn kәndlilәrә belә deyirdi; onlar da bu fikirlә razıla -
şırdılar, çünki bu, adi hәqiqәt idi.
– Basurman? – mayor saxta tәәccüblә soruşdu.
– Hә dә, basurman! Dünәn gecә dul arvadı da, Georqanı
da şil-küt elәyib. Belә iş olar? Öz evimizdә dә rahat yaşamağa
qoy murlar… – Qaregin kәdәrlә әllәrini yana açdı.
Dükanın döşәmәsinә ayaq altında quru qar kimi xırçıl -
dayan xırda şüşә qırıqları sәpәlәnmişdi.
– Niyә axı? Sәbәbi nәdir? – Mayor özünü elә göstәrdi ki,
guya bütün gecәni sandığının üstündә oturub Borçalının
nәriltisinә, dul qadının fәryadına dәhşәt içindә qulaq kәsilәn
o deyildi, sanki bu xәbәri indi eşidirdi.
Әslindә, dünәnki vur-çatlasının әsl sәbәblәrini Qaregindәn
dә yaxşı bilirdi, amma bәzi mәsәlәlәr vardı ki, onları yalnız
Qaregenin yanında aydınlaşdıra bilәrdi. Qareginin dükanında
hәr şeydәn xәbәr tutmaq olardı: heç kәs özünün vә başqasının
bәdbәxtliyinә acımamış dükandan getmirdi, elә bil dükanda
yox, kilsәdәydilәr, sinәsini piştaxtaya söykәyib daim
gülümsәyәn alverçiylә yox, etirafları qәbul elәyәn din 99
xadimiylә söhbәt elәyirdilәr.
Mayor kәndlilәrin fikrini öyrәnmәk istәyirdi: görәsәn,
kәnd camaatı nә fikirlәşir, әgәr iş ciddi şәkil alsa, onların
dәstәyinә bel bağlaya bilәrmi?
Dükan havası sәrin, yarıqaranlıq idi. Küncdә ağzıaçıq duz
kisәsi gözә dәyirdi; kisәnin әtrafına cürbәcür dәmir mәmu -
1 Basurman – Rusiya imperiyası dövründә xristian olmayan millәtlәrә verilәn
tәhqiramiz ad (tәrc.)