Page 101 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 101

Otar ×iladze

          kәndli ehtiyatlılığı, xәsisliyi ucbatından әldәn verdiyi şey
          ondan ötrü nә qәdәr gәrәklidir. Özünә dә, ona fikirlәşmәyә
          vaxt vermәyib bәyәndiyi malı burnunun ucundan aparan
          kәndliyә dә acığı tutdu. – Demәli, mәndәn qabağa düşdü, hәә?
          Niyә axı. Nәyә görә? – O, hirsini boğa bilmәyib, әlavә etdi.
             – İşlәr necәdi, әmi? Nә var, nә yox? – mayor ondan so -
          ruşdu.
             Birdәn-birә kәndlinin hirsi soyudu, elә bil mayoru yenidәn
          gördü – sanki, mayor bu müddәt әrzindә dükandan çıxıb,
          yenidәn qayıtmışdı. Kәndli özünü itirib, әlindәki papağını
          yenidәn әzişdirmәyә başladı.
             –  Sağ ol, ömrün uzun olsun! –  bir qәdәr duruxa-duruxa
          cavab verdi. – İndi hәr şey boldu. O gün sәndәn aldığım şәkәri
          gücnәn sındırdıq – daş kimiydi!
             – Bәs niyә hökmdardan şikayәtlәnirsiniz? – mayor
          maraqlandı.
             – Biz şikayәtlәnirik? Bunu sizә kim dedi? Nәyә görә
          şikayәtlәnmәliyik? – Kәndli tәşvişә düşdü.
             Mayor piştaxtanın üstündәki çıraq şüşәsini götürüb quru
          sәslә dedi:
             – Bir dul qadını da müdafiә elәyә bilmәdiniz? Hamımız
          rüsvay olduq…
             Bir neçә dәqiqәdәn sonra o, artıq dul qadının evindә
          oturmuşdu, ayağını ayağının üstünә aşırıb lәzzәtlә cecә arağı
          içirdi, qәfil gәlişindәn özlәrini itirmiş ana-balaya özünün ov
          macәralarını danışırdı.
             Tәbii ki, Borçalı orada yox idi. Çox güman, indi o, gildәn
          tikilmiş daxmasında arvadlarının, uşaqlarının әhatәsindә
          oturmuşdu, özünün dünәn gecәki qoçaqlığından razı halda  101
          әliylә plov yeyirdi!
             – Şehli otluqla irәlilәyirsәn, tüfәngi hazır tutmusan…
          Otluqdan gözlәrini çәkmirsәn, elә bu an pırıltıyla uçub havaya
          qalxan quşu görürsәn, istәr-istәmәz diksinirsәn. Taqq! Gurultu
          qopur, tüfәngin lülәsindәn od sәpilir… –  Mayor şövqlә danı -
          şırdı…
             Georqanın mayora acığı tutmuşdu; gözlәmirdi ki mayor
          dar ayaqda onu tәk qoyacaq, kömәyinә gәlmәyәcәk. Georqa
   96   97   98   99   100   101   102   103   104   105   106