Page 106 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 106
Görcö nÿsri antologiyası
TӘKӘ
– Condo!
Georgi yataqda oğlunu dümsüklәdi.
Condo gözlәrini zorla açdı.
– Qalx, dәyirmana dәn apar.
Condo gözlәrini yumruqları ilә övkәlәyәrәk, o biri tәrәfinә
çevrildi.
– Dәyirmandan bibingilә get, de ki, bu axşam bizә gәlsin.
Yol azuqәsi hazırlasın. Yadından çıxmasın, sabah yox, o biri
gün sәhәr çobanlarla naxıra gedirsәn?
Naxır sözünü eşidәndә Condo ayıldı.
– Bәlkә, dağa getmәyә qorxursan, onda başqasını göndә -
rәrәm.
– Mәn qorxuram?! Nәdәn qorxmalıyam?! – Condo tәşvişә
düşdü, cәld yerindә dikәldi; “Birdәn, doğrudan da, әvәzimә
başqasını göndәrәr”, – düşündü. Onda çoxdankı arzusu puç
olardı.
– Nә bilim... Hәr şey ola bilәr. Sonra üzüm bağına –
mәnim yanıma gәl. Kәtmәn gәtir.
– Yaxşı! – Condo pillәkәndәn düşәn atasının arxasınca
sәslәndi. Sonra yenidәn fikrә getdi.
Condonu otlaq yerlәri maraqlandırmırdı. Onun arzusu
sәhәr tezdәn dağ keçilәrinin duz yalamağa gәldiyi yerlәri
görmәk idi.
Qayanın başında daş heykәl kimi donub-qalmış dağ
106 keçisini bircә dәfә görsәydi…
İki il bundan qabaq Condo öldürülmüş dağ keçisi gör -
müşdü. Ondan sonra dağ keçisinin soluxmuş, qәmli gözlәrini
unuda bilmәmişdi.
“Kim bilir, bәlkә diri dağ keçisi dә görә bilәrәm. Örüş dağ
keçilәrinin olduğu yerә lap yaxındır”, – Condo düşünürdü.
“Dağ keçilәri sәhәr aşağıya duz yalamağa gәlәcәklәr. Hava
işıqlanmamış qayalıqlarda pusquda duracağam. Dağ keçilәri