Page 110 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 110

Görcö nÿsri antologiyası

               yaşca vә boyca Cansuğdan balaca idi.  Yasәmәn rәngli  köynәk
               geyinmişdi, әlindә pendir vә mcadi (qarğıdalı çörәyi – tәrc.)
               tutmuşdu.
                   – Eşitdin, Tiflisdәn Temur gәlib, –  uşaqlar birbaşa mәtlәbә
               keçdilәr.
                   – Nә olsun, Temur  Tiflisdәn hәr yay gәlir.
                   – Bilirsәn, nә top gәtirib?
                   – Qırmızı, dәri top, hәm dә qara butsilәr geyinib.
                   – Tiflisdә hamının  qara  butsilәri  var, –  Condo dedi.
                   – Oynamağa niyә gәlmәdin?
                   – İşim vardı. Ayağına nә olub? –  Condo onun axsadığını
               görüb soruşdu.
                   – İrinlәyib.
                   – Sonra?
                   – Sonra heç nә, nәnәm  yaranın üstünә bağayarpağı qoyub.
                   – Nә işin vardı ki? –  Cansuğ cibindәn  tütün kisәsi çıxardı.
               Tütünü  babasından oğurlayırdı.
                   – Elә bir işim yox idi, sabah naxıra gedәcәyәm, ona
               hazırlaşırdım, –  Condo da tütün bükmәyә başladı.
                   Givi  son loxmanı uddu, sonra burnunu silib, barmaqlarını
               şalvarına çәkdi vә  o da papiros  bükmәyә başladı. Papirosdan
               bir qullab vuran kimi Cansuğu  öksürәk tutdu, o, kürәyini
               hasara söykәyib dedi:
                   – Temurun diri dağ keçisi  var, hansısa  rejissor  atasına
               bağışlayıb.
                   – Yalan deyir, –  Condo güldü.
                   – Niyә elә fikirlәşirsәn?
        110        – Diri dağ keçisi Tiflisdә yaşaya bilmәz.
                   – Niyә?!
                   – Ona görә ki… –  Condonun özü dә bilmirdi ki, dağ keçisi
               Tiflisdә niyә yaşaya bilmәz, amma öz dediyinә möhkәm әmin
               idi.
                   – Sәn nә bilirsәn, Tiflisdә ki olmamısan?
                   – Nә olsun ki olmamışam, dağ keçisi  dağları, qayaları
               sevir. Temur sizi aldadır.
   105   106   107   108   109   110   111   112   113   114   115