Page 109 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 109

Quram Pancikidze

             Condo kәnddәn çıxdı. Uzaqdan çayın şırıltısı eşidilirdi.
          Condo gedә-gedә düşünürdü.  Dağ keçisi, dağlar, tüfәng
          haqqında düşünürdü. Ağlına bir fikir gәldi – özü dә bilmәdi,
          onu qorxuya salan bu fikir haradan beyninә gәldi.
             “Qoca lap sınıxıb, tezliklә tüfәngi tuta bilmәyәcәk, onu
          oğurlasam, nә olar? Yox, oğurlamayım, bir hәftәliyә  özümlә
          götürüm. Bәlkә dә, dağ keçisi ovladığımı görsә, Kelebşi baba
          tüfәngini  mәnә bağışlayar”.
             Condo çuvalı belindәn yerә qoyub kolluğun kәnarında
          oturdu. Özünü Kelebşi babanın  hәyәtindә tәsәvvür edirdi.
          Düşüncәyә qәrq olan Condo kiçik daşı әlinә götürüb  kola atdı,
          koldan  payız bülbülü pırıltı ilә uçub getdi.
             “Yuvası buradadır, uzağa getmәz.  Yuvasına görә
          narahatdır. Quşlar  çoxbilmişdir, hәr şeyi başa düşürlәr. On-
          lardan әn hiylәgәri qaratoyuqdur”.
             Condo yenә kola daş atdı.
             “Buradan yuvaya qәdәr otuz addım olar. Hasardan
          babanın pәncәrәsinә qәdәr dә otuz addımdır. Oradan
          pәncәrәyә ayağımı qoysam, tüfәngә vә patprondaşa әlim çatar.
          Qarğıdalı sahәsinә çatana kimi mәni görmәsәlәr, tüfәngi aparıb
          yamacdakı ağacın altında gizlәdәrәm.  Ertәsi gün sәhәr  tezdәn
          naxıra gedәrәm. Dağ keçisini gәtirәndә Kelebşi baba
          günahımdan keçәr”.
             Condo yolla gedәn  bir araba gördü.  Tәşvişә düşdü:  ona
          elә gәldi ki, arabaçı  fikrlәrini oxuya bilәr. Cәld dәn kisәsini
          belinә götürüb yoluna davam etdi.
                 “Görәsәn, anam xәstәxanadan nә vaxt çıxacaq? Dağ
          keçisi öldürdüyümü eşidәndә, yәqin, çox sevinәr”.        109
             Bütün günü tüfәng haqqında fikirlәşdi. Axşamüstü ceviz
          ağacının altında oturub dincәlәndә dә qaya başında heykәl
          kimi dayanmış keçi vә tüfәng barәdә fikirlәşmәkdәn özünü
          saxlaya bilmirdi.
             – Condo! –   Givinin sәsi eşidildi.
             Condo fikirdәn ayrılıb ayağa qalxdı. Alaqapının yanında
          ayaqyalın uşaqlar –  Cansuğ vә Givi onu gözlәyirdilәr. Givi
   104   105   106   107   108   109   110   111   112   113   114