Page 112 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 112

Görcö nÿsri antologiyası

                   Alaqaranlıqda  xoruzların sәsi Condonu yuxudan oyatdı.
                   Tezcә yerindәn qalxdı. Atası artıq yataqda deyildi.
                   “Yәqin, dәdәm  üzüm bağına gedir”.
                   “Birazdan Kelebşi baba tüfәngi hәyәtә çıxaracaq.
               Tәlәsmәliyәm”. Üzünә su çilәyib qocanın evinә doğru qaçdı.
               Hasardan  hәyәtә baxanda qoca heç yerdә görsәnmirdi. Condo
               hasarı  aşıb fındıq kolunun içindә gizlәndi.
                   Otaq da, hәyәt dә  buradan yaxşı görünürdü.
                   Tezliklә  Kelebşi baba pillәkәnlәrdә göründü.
                   Sәhәr açılmağa başlamışdı. Kәnd yolunda inәklәrin
               movultusu, it  hürüşmәsi  eşidilirdi.
                   “Yәqin, atam üzüm bağında mәni gözlәyir.”
                   “Qoca tüfәngi yerindә görmәsә, neylәyәcәk? Tiflisdәn
               Temur gәlib. Dağ keçisi vursam, hamı tәәccüblәnәcәk...”
                   Beli әyilmiş  qoca pillәkәnlә yavaş-yavaş düşürdü. Tüfәn -
               gini çiynindәn asmışdı. O gәlib üçayaqlı stulda oturdu vә öz
               işinә başladı.
                   “Tüfәngi uşağından çox istәyir. Zarafat deyil, onu
               bolşeviklәr bağışlayıblar. Onda  babası boy-buxunlu, cavan
               oğlan imiş, indi  beli bükülüb.”
                   Güman ki, dağ keçisi dә qocalır. Görәsәn, qocalmış  dağ
               keçisi necә  olur?!  Dağ keçisi qocalmır, qoca  dağ keçisi
               uçurumların başında necә  gәzә bilәr?! –  Bu barәdә Condo
               heç bir vaxt düşünmәmişdi.
                   “Mәn dağ keçisini gәtirәndә, görәsәn, babam nә deyәcәk?
               Onda Temur  öz qamağı ilә uşaqları  daha tәәccüblәndirә
               bilmәz. Görәsәn, qamaq nәdir? Yәqin,  Tiflisdә  hamının
               qamağı var.”
        112
                   “Mәn qamaqdansa, tüfәngә üstünlük verirәm. Qamaq
               tüfәngdәn üstün ola bilmәz”.
                   Qarla örtülmüş zirvәlәr günәş işığına boyandı.
                   “İndi dağ keçilәri, yәqin ki,  o zirvәlәrә dırmaşırlar”, –  o
               yenidәn qayanın başında  heykәl kimi dayanmış keçini tәsәv -
               vü rünә gәtirdi.
                   “Әldәn qaçırsam?.. Әldәn qaçırmaram! Onu vuracağam,
               qayadan yuvarlanacaq”.
   107   108   109   110   111   112   113   114   115   116   117