Page 103 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 103
Otar ×iladze
mәtlә qarşılamağa cәsarәt elәmirdi. “Әgәr hәtta qonşu kәnd -
lәrdә dә eşidilirdisә, bәs sәn niyә eşitmәmisәn, şüşәnlә dünәn
niyә gәlib çıxmamısan?” – Georqa bax bunu soruşmaq
istәyirdi. Mayor da onun fikrini oxuyubmuş kimi, dәrhal cavab
verdi:
– Elә bil qış yuxusuna getmişdim; Allah, sәn saxla! – dedi.
– Yuxu dәrmanı vermişdilәr-nәdir?
Georqa mayora tәrәddüdsüz inanmağa hazır idi vә bu
inamı möhkәmlәndir mә yә qadir olan insana hәmişәkindәn
daha artıq ehtiyacı vardı.
Anna kәdәrlә susurdu, burxulmuş, şalla sarınmış әli
olmasaydı, fikirlәşmәk olardı ki, axşamkı hadisәdәn xәbәri
yoxdur. Elә bil ümumiyyәtlә, bura tәsadüfәn gәlib çıxmışdı,
kişilәrin söhbәtinә isә yalnız nәzakәt xәtrinә qulaq asır.
– Uşaqlarım burada olsaydılar, – mayor üzünü qadına
tutdu, – sizin Borçalının dәrisini boğazından çıxarardılar!
Dәrsini verәrdilәr….
– Yox! – qәfildәn Anna sәsini ucaltdı.
– Necә yәni “yox”? – mayor tәәccüblәndi.
– Yox… – Anna artıq sakit, adi sәsiylә tәkrar elәdi. – Biz
sәbir elәmәliyik. – Әgәr, doğrudan da, Georqanı sevirsinizsә,
onunla dalaşmamalısınız…
Mayor sakitcә “hm” elәyib, heç nә demәdi, dinmәzcә
divardan asılmış çәrkәz geyiminә baxmağa başladı. Annanın
sakit, lәyaqәtli davranışı onu hövsәlәdәn çıxarırdı. Qadın
özünü elә aparırdı, elә bil onu nәinki döymәyә, hörmәtsiz söz
demәyә belә kimsәnin cәsarәti çatmazdı, sanki yuxudan qabaq
dua elәmәkdәn özgә bir şeylә mәşğul olmamışdı. Fikirlәşmәk
olardı ki, mayor ona yox, o, mayora daha çox lazımdır. Amma 103
buraya gәlәndә әmin idi ki, әzişdirilmiş ana-oğul onun gәlişini
toy-bayram sayacaqlar, ayağına düşüb yalvaracaqlar! Ona görә
ki, bәdbәxtliyә düçar olmuş adama hәr şeydәn çox, tәsәlli
lazımdır. O, gәlib onu yoluxduğuna görә sәnә minnәtdar
olmalıdır – axı tәnhalıq bütün bәdbәxtliklәrdәn betәrdir. Ma -
yor fikirlәşirdi ki, xeyirxahlıq elәyir, mәrhәmәt göstәrir, amma
qadın tәsәlli vermәk, dostluq duyğularını ifadә elәmәk üçün