Page 102 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 102
Görcö nÿsri antologiyası
qışqıra-qışqıra deyirdi ki, düşmәnin alnına güllә çaxacaq: qoy
mayor eşitsin; axı o, dәfәlәrlә Borçalının dәrsini vermәyi vәd
elәmiş mayorun yardımına bel bağlayırdı. Amma sәn demә,
әbәs yerә! Bu xәyanәt oğlan üçün istәnilәn zәrbәdәn
dәhşәtliydi. O axşam hәr an gözlәyirdi ki, indicә mayor peyda
olacaq, indicә qapını açacaq, parıldayan epoletlәri görünәcәk,
amma mayor gәlib çıxmadı. Borçalısa ağzı köpüklәnә-
köpüklәnә onlara ağzına gәlәni dedi: dedi ki, onları bit-birә
basıb, heç kәsә lazım deyillәr; onu ölümlә hәdәlәmәk әvәzinә,
ayağına düşüb yalvarmalıdırlar; onsuz acından gәbәrәrlәr! O
anlarda Georqanın ürәyi parçalanırdı: mayoru elә hәsrәtlә
gözlәyirdi ki!.. O gecә Georqanın gözünә yuxu getmәdi –
bütün bәdәni zoqquldayan, üstәlik, qәlbi sınmış adam necә
yata bilәrdi? O, nә paltarı cırılan, dodaqlarından qan axan,
bütün gecәni ikonanın qabağında diz çöküb dua elәyәn anası,
nә dә qapını çırpıb söyüş söyә-söyә gecәnin qaranlığında yox
olan Borçalı haqqında fikirlәşirdi. Georqa indi yalnız mayor
haqqında düşünürdü – gәlmәyә borclu olan, amma gәlib
çıxmayan mayor haqqında! Әgәr mayor ölü kimi yatma mış -
dısa, başına iş gәlmәmişdisә, onun qabağını nә kәsә bilәrdi?
“Bәlkә, başına bir iş gәlib… bәlkә, özünün dә kömәyә ehtiyacı
var?” – Georqa mayora, az da olsa, haqq qazandırmaq istә -
mişdi.
Mayor içәri girәndә ana-bala qaranlıqda oturmuşdular – o
gün nә qadın, nә dә oğlu tәzә çıraq şüşәsi almaq üçün dükana
getmәmişdilәr; onların pәncәrәsindәn gözünü çәkmәyәn, ana-
balanın kefini soruşmaq istәyәn, evdә nә baş verdiyini
öyrәnmәyә çalışan kәnd camaatının arasına çıxmaqdan
102 utanırdılar. Mayor öz әliylә çırağa tәzә şüşә taxdı, tüstülәnәn
pilәtәni yuxarı qaldırdı, otaq yumşaq, heyva rәngli işıqla
dolandan sonra dedi:
– Deyirlәr, dünәn burada bәrk qalmaqal düşüb, sәs-küy
hәtta qonşu kәndlәrdә dә eşidilirmiş…
– Sәn haradan bilirsәn? – Georqa soruşdu.
– Hardan bilirsәn... – Yox, Georqa onun hadisәdәn nә
yolla xәbәr tutması ilә maraqlanmırdı. O, başqa şey soruşmaq
istә yir, amma utanırdı, ilk dәfә evlәrinә gәlәn dostunu mәzәm -