Page 94 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 94
Görcö nÿsri antologiyası
Georqanın mayorla oturub-durduğunu çoxdan bilirdi, bu
dostluğun sәbәblәrini başa düşürdü. Heç kәs mayoru
mühakimә etmәk fikrindә deyildi – nә olsun ki, onun xoşuna
gәlәn qadın başqasına mәxsus idi? Düzdür, o yaşda kişinin
(onda mayorun yaşı artıq qırxı keçmişdi) hәlә dә subay olması
adama bir qәdәr qәribә gәlirdi. O, kәndә tәk gәlmişdi, Urukidә
yurd salanacan nә vaxtsa evli olub-olmadığını heç kәs
bilmirdi.
Bir ata minәn, ikisinә bir tüfәng götürәn oğlanla mayoru
birlәşdirәn nәydi? Bunu da bilәn yox idi. Saçına dәn düşmüş
kişiylә hәlә qanad çıxarmamış әtcәbalanın arasında nә ola
bilәrdi? İşin nә yerdә olduğunu bilәndә hamı rahat nәfәs aldı.
İstәr-istәmәz hamı Urukiyә sanki dul qadınla Borçalının gizli
sevgisinә xitam vermәk üçün gәlmiş mayorun tәrәfini tutdu.
Camaat sәhv etmirdisә, demәli, irәlidә maraqlı hadisәlәr
olacaqdı! Hamı dul qadının oğluyla Mayorun dostluğundan
danışırdı; әvvәlcә qadının halına acıyan arvadlar indi paxıl -
lıqlarından ölürdülәr – qızıl epoletli mayor dul qadın üçün
göydәndüşmә idi.
Anna köhnә qaydada, öz bildiyi kimi yaşamağına davam
elәyirdi. Evdәn yalnız duz, yaxud nöyüt almağa çıxırdı – dul
qadınlara mәxsus qara paltarda…
– Qara paltarı gözә kül üfürmәk üçün geyinir, – bәdxah
qonşu arvad arxasınca söz atırdı, – getsin, öz basurmanını әziz -
lәsin…
– Görәsәn, mayoru niyә bәyәnmir? – o biri dәrhal sәsinә
sәs verirdi, sanki mayorun könül mәsәlәlәrindәn başqa, işi-
gücü yox idi.
94 Amma mayor heç kimin kömәyinә ehtiyac duymurdu: nә
edәcәyini özü bilirdi. Dul qadın tәrәfә baxmırdı da, elә bil onu
heç görmürdü; ancaq kәndirin bir ucu artıq mayorun әlindәydi,
dul qadın özünü nә qәdәr sәrbәst hiss elәsә dә, baxımsız qalan
inәk kimi, artıq istәdiyi yerdә otlaya bilmәzdi. Dul qadının
oğlu Georqa mayorun әlindәydi; onu öyrәdib, doğma anasına
qarşı öz müttәfiqinә çevirib, qadının ürәyinә yol tapa, sakitcә,
maneәsiz qәlbinә girә bilәrdi. Belәliklә, Uruki gәrgin intizar