Page 373 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 373

David Kartveliøvili

             Yuxum gәlir, mobil telefonu söndürüb, çarpayının yanın -
          dakı kiçik dolabın üstünә qoyuram. Soyunub adyalın altına
          girirәm. Hәlә dә hekayә barәdә düşünürәm. Bәlkә, atamın
          ölümündәn sonra kilsәyә necә meyil saldığımdan, anlaşılmaz
          hәyәcanlı vәziyyәtә necә düşdüyümdәn yazım. Öhdәsindәn
          gәlә bilmәdiyim bir qüvvә mәni balıq özünü buza çırpan kimi
          (idiomların dәqiqliyinә get-gedә daha çox inanıram) çabala -
          mağa mәcbur elәyib kilsәdәn küçәyә çıxarmışdı.
             Sezdim ki, şeytan heç vaxt bizi rahat buraxmır, onu
          sakitlәşdirmәk dünyada әmin-amanlıq yaratmaqdan daha
          vacib, hәm dә daha çәtindi, çünki әsl dinclik insan İlahidәn
          bәxş olunmuş ruhuyla dil tapanda bәrqәrar olur.
             Adyalı başıma çәkirәm. Uşaqlıqdan belәyәm, anam da
          hәmişә acıqlanırdı: “Elә elәmә! Boğularsan!” Amma uşaq
          üçün “boğulmaq” sözü “ölüm” demәk deyil. Bununla belә,
          uşaqlar bәzәn ya boğulmaqdan, ya da başqa bir şeydәn ölürlәr,
          amma әn dәhşәtlisi, onların da zorakı ölümә mәruz qalmasıdı.


                                   11
             Abxaziyada müharibә vaxtı yaşca böyük yoldaşlarımla
          cәbhәyә getdim.
             Hәrbi qәrargah mәktәb binasında yerlәşirdi. Yaşım az
          olduğundan mәnә döyüşlәrdә iştirak elәmәyә, hәtta avtomat
          götürmәyә icazә vermirdilәr. Onda bu, şәstimә toxunmuşdu,
          amma indi dәrk elәyirәm ki, elә ilk döyüşdәcә hәlak olmaqdan
          başqa, heç nәyә yaramırdım.
             Mәnә avtomat әvәzinә bel verib bütün qalan azyaşlılarla
          birgә qәrargahın arxasında çala qazmağa göndәrdilәr. Çalanı  373
          dörd günә qazdıq, әmrә sözsüz әmәl elәyib, nәdәn ötrü
          qazdığımızı da soruşmurduq. Bu çaladan necә istifadә elәyә -
          cәklәri barәdә bizim öz ehtimalımız vardı: 1) sәngәr kimi, 2)
          silah gizlәtmәk üçün, 3) qardaşlıq mәzarı kimi.
             İşimizi bitirәndәn bir neçә saat sonra qәrargahın hәyәtinә
          bir yük maşını girib çalanın yanında dayandı. Maşının banı
          yavaş-yavaş qalxıb yükü boşaltdı: qazdığımız iri çalaya uşaq
          meyitlәri töküldü...
   368   369   370   371   372   373   374   375   376   377   378