Page 370 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 370

Görcö nÿsri antologiyası

                   Mәn hәlә andeqraundda, İnternetdә, forumdayam, orada
               hәvәskarların әsәrlәri ilә yanaşı, artıq etiraf olunmuş nәsr dә
               var, o nәsrә münasibәt bu vә ya digәr müәllifә şәxsi müna -
               sibәtlә şәrtlәnmәyib. Yazıçı olmaq istәyәn biz hamımız bu
               mәkandan istifadә edirik, ilk әdәbi tәcrübәlәrimizi internetdә
               yerlәşdiririk, belәliklә, virtual alәmdә gәnc yazıçı, gerçәkdә
               isә cürbәcür idarәlәrin adi qulluqçularıyıq.
                   Belә bir sual doğur: gündәlik xidmәti işlәr yazıçının
               karyerasına nә qәdәr tәsir elәyir? Mәncә, mane olmur, mәsәlә
               başqa cürdü: artıq özümdә әvvәlki kimi xüsusi әdәbi
               qabiliyyәt hiss elәmirәm (bu hәmin qabiliyyәtin yoxluğu
               demәk deyil!), amma istәk  hiss elәyirәm, yalnız istәk – yaz-
               maq istәyi.

                                          6
                   Oxudum ki, saytın rәhbәrliyi әn yaxşı hekayә müsabiqәsi
               elan elәyib. Bu xәbәr yazmaq ehtiyacımı ancaq artırır.


                                          7
                   Hәr şey qaydasındadı: zal ağzınacan dolub, münsiflәr
               yerini tutub. Tәltif mәrasimi başlayır. Münsiflәr heyәtinin sәdri
               mikrofon qarşısında dayanıb müsabiqәnin mahiyyәti vә
               mәqsәdlәri barәdә danışır, sonra sponsorlara tәşәkkürünü
               bildirir, daxil olmuş әsәrlәrin sayını açıqlayır, izah elәyir ki,
               seçim olub, bir çox müәlliflәr, әlbәttә, kәdәrlәnәcәklәr, hәr
               müsabiqәdә, tәәssüf ki, bir qalib olur. Sonra zәrfi cibindәn
               çıxarıb açır, ürәyim sürәtlә döyünmәyә başlayır... qısa
        370    fasilәdәn sonra әn yaxşı hekayәnin müәllifini elan edir:
                   – İlin әn yaxşı hekayәsinә görә mükafat Sandro İaşviliyә
               verilir!
                   Hamı – mәndәn başqa, çünki Sandro İaşvili mәnәm –
               boylanıb qalibi axtarır!.. Çәkilib yol verir, diqqәtlә baxıb,
               qiymәtlәndirir, yadda saxlayırlar; tәbrik edәnlәrә minnәtdarlıq
               әlamәti olaraq başımı tәrpәdirәm. Budur, artıq sәhnәdәyәm,
               münsiflәr heyәtinin sәdri әlimi sıxır, mükafatı verib mikrofonu
               göstәrir. Necә ikilәşdiyimi duyuram: bir “mәn” burada,
   365   366   367   368   369   370   371   372   373   374   375