Page 368 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 368
Görcö nÿsri antologiyası
bir dәfә on dörd yaşımda on dәnә hәb içib dörd gün yatmışdım.
Sağ qalacağıma ümid az idi. Әslindә, heç dә intihar elәmәk
fikrindә deyildim, sadәcә mövcud gerçәklikdәn bezib başqa,
yeni bir gerçәkliyә getmәk istәyirdim, hiddәtimin mahiyyәti
dә bu axtarışdan ibarәt idi. Amma o vaxt başqa gerçәkliyin
mövcud olmadığını bilmirdim.
Reklam mәtni sözbәsöz, cümlәbәcümlә yaranır:
“Yuxusuz luqdan әziyyәt çәkirsiniz? “Sonoo”dan – tәbii
tәrkiblәrdәn hazırlanmış yeni yuxu vasitәsindәn istifadә
elәyin! Әbәdi yuxuya gedәcәksiniz!..” Әlbәttә ki, sonuncu
cümlә zarafatdı. O cümlәni silib başqasını yazıram: “Dәrin
yuxunu vә gözәl röyaları geri qaytaracaqsınız!”
İnsanlara zәmanәt lazımdı; onlara gözәl röyalar görmәk
üçün zәmanәt verilmәlidi.
Üzümü çevirir, masa arxasında әylәşib nәsә yazan Sofonu
sol tәrәfdәn görürәm. Sonra yenә ekrana sarı dönüb növbәti
reklam mәtnini yazıram.
4
İş vaxtı da olur, istirahәt vaxtı da. İndi mәhz istirahәt vaxtı dır.
Firmada rәsmi istirahәt vaxtı yoxdu, amma qeyri-rәsmi
olaraq, saat iki-üç arası dincәlirik.
– Acmısan? – Sofo soruşur.
– Hәlә yox, – cavab verirәm.
– Mәn yemәyә gedirәm.
– Nәdi, olmaya mәnә hesabat verirsәn, – qıza gülümsü -
nü rәm.
– Kişidәn asılı olmaq qadının xoşuna gәlir, aydındı? –
368
Sofo cavab qaytarır...
Әlbәttә, zarafat elәyirәm, o, belә şey demir, amma bu cür
düşündüyü gözlәrindәn oxunur. Çox utancaq qızdı,
utancaqlığını da sәrtliklә pәrdәlәyir.
– Başqa işim yoxdu?.. Hesabat verirәm!.. Bәlkә, sәnә ra-
port da yazaq?
Sofo bunu deyib çıxır. Siqaret yandırır vә pәncәrәyә
yaxınlaşıb, jalüzü qaldırıram. Bayırda payızdı, saralmış yar -