Page 369 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 369
David Kartveliøvili
paqlar yerә tökülür, arabir qalxan külәk onları uzağa aparır...
Tale insanı götürüb doğma yerlәrdәn uzaqlara aparanda
dәyişikliklәr gözlәnilir, amma bunun yaxşılığa doğru olub-
olmadığı mәlum deyil, çünki xoşbәxtliyә dә, hәyatdakı bütün
digәr şeylәr kimi – tәkcә ölümdәn başqa – zәmanәt vermәk
olmaz... Külәyin payız yarpaqlarına nә vәd etdiyini bilmirәm,
ona görә ki, heç vaxt payız yarpağı olmamışam, ya bәlkә dә
olmuşam, yadımda deyil. (Son cümlә kimәsә qeyri-ciddi vә
lazımsız görünә bilәr, amma burada yerinә düşür.)
Pәncәrәdәn hәm yarıçılpaq ağaclara, hәm dә hәmişәya -
şıllara baxıram. Әslindә, hәmişәyaşıl ağaclar illüziyadı –
axırda bütün ağaclar quruyur, buna görә dә düzgün olar ki,
onları “hәlәyaşıl” adlandıraq... Bu da zarafatdı. Hәmişәyaşıl –
gözәl sözdü, sadәcә o sözün olmayan bir şeyi ifadә elәdiyini
yadda saxlamaq lazımdı: çünki axırda bütün ağaclar quruyur.
Siqaret kötüyünü bayıra atıb pәncәrәni bağlayır, jalüzü
endirir, kompüterin arxasına qayıdıram. İnternetdә qurdalanıb,
poçtumu yoxlayıram. Tәzә mәktub yoxdu. Sonra әdәbi foruma
girirәm.
5
Әdәbi saytda bir ay qabaq qeydiyyatdan keçmişәm; orada
üç hekayәmi yerlәşdirib göstәrmişәm ki, bu, yaradıcılığımın
kiçik, hәm dә әhәmiyyәtsiz (әslindә, elә olub-qalanım budu)
bir hissәsidir. Saytın oxucuları da öz növbәlәrindә mәni
müәllif kimi dәyәrlәndirәndә ciddiyyәt göstәrdilәr, hәmin
vaxtdan başqa әsәrlәrimi yerlәşdirmәyi xahiş elәyirlәr, mәn dә
elә hey vәd verirәm. 369
İnternet müasir andeqraunddu: virtual forum canlı yığın -
caqları, virtual intim canlı intimi әvәz elәyib. “Andeqraund”
mahiyyәtcә bütün mövcud mәkanlardan әn demokratikidir,
internetdә isә demokratiya dәrәcәsi daha yüksәkdi. Amma
yalnız istedadsızlar andeqraundda batıb qalırlar, istedadlılar
isә, o dövrün tәnqidçilәrinin dediyi kimi, gec-tez oradan gün
işığına çıxırlar. Berrouz vә Keruakın dәbdәbәli kitabları buna
sübutdu.