Page 371 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 371

David Kartveliøvili

          sәhnәdә dayanıb, digәri tavana qalxıb, oradan adamla dolu
          zala vә mikrofona “çox gözlәnilmәz oldu, heç ağlıma
          gәlmәzdi...” mızıldanan “mәn”ә baxır. “Necә dә bayağıdı”, –
          tavandan  düşünür, asta-asta aşağı enmәyә başlayıram, amma
          zal әvәzinә “Jafaridze & Co” şirkәtinin ofisinә enib, kompüter
          arxasındakı hәmişәki yerimi tuturam...
             Zal, münsiflәr heyәtinin sәdri, әn yaxşı hekayә müәllifi
          olmağım – bütün bunların hamısı uydurmadı, çünki hәlә “әn
          yaxşı hekayәm”i yazmamışam.

                                    8
             Gәlәcәk hekayәm üzәrindә düşünmәyә başlayıram.
          Mövzu seçmәk lazımdır. Ağlıma gәlәn ilk fikir uşaqlıq barәdә
          yazmaq olur ki, bu da tamamilә tәbiidi, çünki Antuan dö Sent-
          Ekzüperinin dediyi kimi, hamımız “uşaqlıqdan gәlirik”.  Bu
          fikir hәrarәt vә sәmimiyyәtinә görә xoşuma gәlir. Mövcud
          nәzәriyyәyә görә, әgәr quruluş dәyişsә, daha doğrusu, zaman
          geri dönsә, hәyat doğuluşdan yox, ölümdәn başlayar. Onda,
          güman ki, dö Sent-Ekzüperi kimilәr yazar: “Mәn haradan
          gәlmişәm? Qocalıqdan. Mәn ölkә kimi qocalığımdan
          gәlmişәm”. Bütün bu ifadәlәr dә qeyri-adi yazıçının sözlәri
          kimi hәrarәtli vә sәmimi görünәcәk.  Amma bunların әn
          azından hәlәlik mәnim hekayәmә dәxli yoxdu.

                                    9
             İyirmi beş il әvvәl bu binada uşaq bağçası yerlәşirdi. Hәr
          gün (şәnbә vә bazar günlәrindәn başqa) sәhәr saat doqquzda
          bura gәlirdik. Mәn qalırdım, anam işә gedirdi. O, axşam saat
          altıya yaxın gәlir, birgә evә qayıdırdıq. Hәr dәfә dә evә  371
          tәlәsirdim. “Qaçma görәk, –  anam deyirdi, –  yorulmuşam”.
          Onda beş yaşım vardı, tәbii ki, “şәnbә vә bazar günlәrindәn
          başqa, hәr gün”, yaxud “doqquzdan altıyacan işlәmәk”
          sözlәrinin mәnasını o qәdәr dә başa düşmürdüm. İndi, iyirmi
          il sonra burada uşaq bağçası әvәzinә “Jafaridze & Co” firması
          yerlәşir. Mәn firmanın sıravi әmәkdaşlarından biriyәm, “şәnbә
          vә bazar günlәrindәn başqa hәr gün”, yaxud “doqquzdan
   366   367   368   369   370   371   372   373   374   375   376