Page 376 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 376
Görcö nÿsri antologiyası
– Axmaq şeydi, – Sofo siqaretin külünü çırpır.
– Bilirsәn Mark Tven nә deyib? – soruşuram.
– Bilirәm, – qız gülümsünür. – Siqareti atmaq çox asandı,
mәn yüz dәfә atmışam.
Nә söz var – qız hamısını bilir.
15
Siqaret kötüklәrini atırıq. Pәncәrәni örtüb, jalüzü endi -
rirәm, yerimizә qayıdırıq.
“Ağlı çatışmayan Vaxo” variantını daha nәzәrdәn
keçirmirәm. Kimisә baş qәhrәman elәmәk üçün onu sevmәli,
ya ona nifrәt bәslәmәlisәn, yaxud heç olmasa, ona yazığın
gәlmәlidi. Vaxo açıq-aşkar bu cür hisslәr doğurmur.
Sofoya nәzәr salır, qıza necә münasibәt bәslәdiyimi saf-
çürük elәyirәm. Çox güman ki, ona yazığım gәlir. Nәdәnsә
mәnә elә gәlir ki, o çox tәnhadı, şәxsi hәyatı yoxdu, ona görә
darıxır. “Bәlkә, Sofo barәdә yazmağa dәyәr? – düşünmәyә
başlayıram. – Amma onun barәsindә nә bilirәm axı? Çox az
şey: bilirәm ki, Sololakidә yaşayır, işә gәlib-gedir, siqareti
atmaq istәyir, amma ata bilmir. Qalan hamısı ehtimal sәviyyә -
sindәdi. Bunların düzgün olub-olmadığını necә yoxlayım?
Әlbәttә, ondan hәyatı barәdә danışmağı xahiş elәmәk olar,
amma çәtin ki, bu tezliklә ürәyini açsın. Cәmiyyәtimizdә ifrat
şәxsi şeylәri – qәribә dә olsa, aldığın maaşın mәblәği dә bura
daxildi – danışmaq mәqbul deyil.
“Bәlkә, onu izlәmәyә başlayım?” – ağlıma bu gәlir.
376 16
“İzlәmәk” sözünün bir neçә ziddiyyәtli mәnası var.
Yuxarıdan Allah bizi izlәyir, onun iti nәzәrindәn heç nә
yayına bilmәz, heç maaşımızın mәblәğı dә. Bәzilәri buna
inanır, bәzilәrisә yox. İnam vә ateizm mahiyyәtcә varlığımızı
deyi, özümüzü müәyyәnlәşdirir. Uşaqlıqda bir ateist tanışım
deyirdi: “Allah varsa, mәni varlı elәsin. Elәmirsә, demәli,
yoxdu”. İndi bank vitse-prezidentidi, belә hesab elәyir ki, var-
dövlәtini Allahın mәrhәmәtilә yox, uşaqlıqdan şübhә