Page 377 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 377

David Kartveliøvili

          elәmәdiyi zәhmәtsevәrliyi ilә qazanıb. Әslindә, onun mövqeyi
          yalnız özü üçün faydalıdır. Әgәr o vә onun kimilәr “uğur
          yalnız ciddi zәhmәtlә qazanılır” kimi bir formul yaratsalar,
          onda mәnim kimilәr belә hesab edәr ki, ciddi zәhmәtlә yalnız
          yorğunluq әldә elәmәk olar.
             “İzlәmәk” sözünün mәnalarından biri “sevә-sevә qayğı
          göstәrmәk”dir. Mәsәlәn, valideynlәr öz uşaqlarını onlar barәdә
          müәyyәn mәlumat toplamaq üçün yox – amma bu da “izlә -
          mәk” sözüylә ifadә olunur –  yalnız müәyyәn tәhlükәdәn qo-
          rumaq mәqsәdilә izlәyirlәr. Birinci “izlәmәk” sözü daha
          qorxu ludu, çünki özündә “inanmamağı, şübhәlәnmәyi, yoxla -
          mağı” ehtiva edir. Belә hallarda nәticәlәr kәdәrli olur: şübhә,
          adәtәn, gerçәklәşir, xәyanәti aşkara çıxarır.

                                   17
             – Kompüteri söndürüm? –  Sofo soruşur.
             – Söndür.
             Sofo kompüteri söndürür, sonra yerindәn qalxıb paltosunu
          geyinir, masanın üstündәn mobil telefonunu götürüb çantasına
          atır, çantanı çiynindәn asıb sağollaşır:
             – Hәlәlik.
             Çıxıb gedir.
             Pәncәrәyә yaxınlaşıb jalüzü azacıq qaldırır, izlәmәyә
          başlayıram: qız ofisin işıqlı hәyәtinә, sonra hәyәtdәn küçәyә
          çıxır. Burada onu itirirәm. Cәld gödәkcәmi geyinib hәyәtә,
          hәyәtdәn küçәyә çıxıram. Әtrafa baxıram. Sofo artıq küçәnin
          o başındadı, çox cәld yeriyir. Mәn dә addımlarımı yeyinlә -
          dirәm.
             Firmamız Pekin küçәsi ilә  Vaja Pşavela prospektinin  377
          kәsişmәsindә yerlәşir. Sofo Sololakidә yaşayır. Düşünürәm ki,
          üzbәüz tәrәfә keçib, Pavlov küçәsinә, oradan da dayanacağa
          gedәcәk, avtobusa minib evә yollanacaq. Bununla da, necә
          deyәrlәr, izlәmәm başa çatacaq, sabah isә, ola bilsin, daha onu
          izlәmәyib, haqqında hekayә yazmaq fikrindәn daşındım.
             Amma Sofo gözlәmәdiyim halda prospektә sarı gedir, mәn
          dә arxasınca düşürәm. Hәr tәrәf reklamla doludu: yaraşıqlı,
          saf qızlar lövhәlәrdәn bizi inandırırlar ki, tәklif elәdiklәrini
   372   373   374   375   376   377   378   379   380   381   382