Page 382 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 382

Görcö nÿsri antologiyası

                   Xalçanın üstündә çarpazlanmış qıçlar tәrpәndi.
                   – Görmüsәn?
                   – Zarafat elәyirsәn? –  barmaqlarımla sol qaşımın altındakı
               çapığı yoxlayıb, divanda yerimi rahatladım vә suala sualla
               cavab verdim.
                   ... – Çox yaxşı filmdir! –  Zuriko siqaretdәn bir qullab alıb
               oğrun-oğrun Mariyә baxır.
                   Mari dәmir pillәkәndә oturub bizә baxa-baxa siqaret çәkir,
               alov rәnginә boyanmış saçları çiyinlәrinә dağılıb.
                   Mari sinfimizdә yenidi, bizә iki hәftә әvvәl keçib, dәrhal
               da dostlaşmışıq. Oğlanlarla siqaret çәkәn, söyüş söyәn yeganә
               qızdı. Hәm dә dәrslәrdәn birgә qaçırıq.
                   İndi hәndәsә dәrsidi. Mәktәbin arxa hәyәtindә, kәrtәnkәlә
               kimi daş divara dırmaşan, mәktәbdә yanğın vaxtı istifadә
               elәmәk üçün nәzәrdә tutulmuş köhnә, paslı, dәmir pillәkәndә
               oturmuşuq. Bura gizlәnmәk üçün әn yaxşı yerdi: әvvәla, ona
               görә ki, binanın yan tәrәfindәdir, pәncәrәlәrin heç birindәn
               görünmür; ikincisi isә, әgәr müәllimlәrdәn kimsә yoxlamaq
               üçün bayıra çıxsa, onu uzaqdan görmәk olur vә aradan
               çıxmağa vaxt qalır. Ya hündür divara dırmaşıb küçәyә atılmalı,
               ya da yenә mәktәbә qayıtmalı olursan. Әgәr müәllimә soldan
               yaxınlaşırsa, binaya sağdan girәcәksәn, qaranlıq vestibüldәn
               keçib bufetin yanına çatacaqsan, oradan yuxarı, bәdәn
               tәrbiyәsi kabinetinә aparan pillәkәn var. Müәllimә sağdan
               gәlәndә isә mәktәbin bütün sol tәrәfi – Şota Rustavelinin sarı
               rәngli büstü , ibtidai siniflәrin dәrs keçdiyi birinci mәrtәbә
               sәnin sәrәncamında qalır, hәm dә tәdris hissә müdiri, yaxud
        382    gözәtçiylә üz-üzә gәlmәk ehtimalı böyükdür. Gözәtçi problem
               deyil, amma tәdris hissә müdiri...
                   O, ağsaçlı, diribaş, tutduğunu buraxmayan höcәt bir qadın
               idi. Hәmin gün paralel sinifdәn olan oğlanların dәrsdәn
               qaçdıqlarını görmüş, arxalarınca düz iki yüz metr yüyürmüşdü.
               Uşaqların ikisini yaxalasa da, biri qaçıb aradan çıxmışdı.
                   Amma indi burada Zuriko ilә Mari hәmişәki kimi söhbәt
               elәyir, heç biri dә qaçmağa hazırlaşmır.
   377   378   379   380   381   382   383   384   385   386   387