Page 385 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 385

Lado Kilasonia

             Koxreidze paralel sinifdә oxuyur. Uzundrazın biridi,
          mәktәbdә әn ağır qovluq onundu, ayaqqabıları uzunburun
          gәmiyә oxşayır, baxışları mәnasızdı, eynәyinin şüşәlәri elә
          qalındı ki, onunla dünya xәritәsinә baxsan, adamların sәnә
          necә әl elәdiklәrini görәrsәn. Uşaqlıqda meningit xәstәliyinә
          tutulub, ona görә hәmişә başında papaq olur. Anası bütün
          müәllimlәrә vә oğlunun sinif yoldaşlarına bir-bir xәbәrdarlıq
          elәyib ki, oğlu meningit keçirib, qәtiyyәn boynunun ardından
          basmaq olmaz.
             Daim ulduz müharibәlәri barәdә danışan vә Skayukerә
          sәmimi-qәlbdәn hәsәd aparan – çünki Skayukerin atası Dart
          Veyderdi, öz atası isә uşaq hәkimi Saşa Koxreidze – bir adamla
          nә problem yarana bilәr axı?
             – O, dalıma tәpik vurdu, –  Zuriko deyir.
             Gülüşümü saxlaya bilmirәm. Gela Koxreidze Zuriko
          Maçabelinin dalına tәpik vurub!
             – Necә oldu? –  Datuna soruşur.
             Mәsәlәsә belәymiş. Zuriko bәdәn tәrbiyәsi dәrsinә girir.
          Oğlanlar basketbol oynayır, qızlarsa uzun taxta oturacaqda
          әylәşiblәrmiş. O, sәkkizinci “A” sinfinin әn gözәl qızı olan
          Ninukenin yanında oturub onunla söhbәtә girişir. Eyni za-
          manda da, top yaxına düşәndә götürüb dirәyin yanından
          atırmış. Oyun pozulur, amma oğlanlar ona bir söz deyә
          bilmirlәr. Dәrs başa çatır, Zuriko isә hәlә dә Ninukoyla söhbәt
          edirmiş. Bu vaxt oynayanlardan biri çiyni ilә Zurikonu itәlәyir.
             Zuriko dәrhal köynәyindәn Koxreidzeni tanıyır,
          fikirlәşmәdәn ona tәpik atır, sonra dönüb Ninukoyla söhbәtә
          davam elәyir. Qәfildәn onu hәtta yerindә dik atılmağa mәcbur  385
          elәyәn bәrk tәpik zәrbәsi hiss elәyir. Tәәccübdәn vә ağrıdan
          çaşır.
             – Bәs sonra? –  Datuna pәncәrәnin çәrçivәsinә söykәnib
          soruşur.
             – Sonra dәrs yarımçıq qalır, Ninuko isә onun gözlәrinin
          içinә baxır. Zuriko Koxreidzenin üstünә cumur, amma bәdәn
          tәrbiyәsi müәllimi qarşısını kәsir.
   380   381   382   383   384   385   386   387   388   389   390