Page 386 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 386
Görcö nÿsri antologiyası
– Ay sәni, әclaf!.. – Datuna hiddәtlәnir.
Pillәkәndә oturub Koxreidzenin mәktәbdәn çıxmasını
gözlәyirik. Axır ki zәng vurulur. Bayıra çıxanların arasında
Koxreidzenin yöndәmsiz görkәmini sezirik, qara gözlәri
durbin şüşәsi kimi qalın şüşәlәrin arxasında narahat halda vur-
nuxur.
– Ay oğlan! – Zuriko onu sәslәyib barmaq işarәsiylә
yanına çağırır.
Koxreidze üzünü çevirir, gözlәri şüşәlәrin arxasında donur.
– Hә, sәn, bura gәl! – Datuna yerindәn qalxır.
Koxreidze pillәkәndә heykәl kimi dayanır, sonra elә bil
özünә gәlir, asta addımlarla bizә yaxınlaşır.
– Dalaşmayın, – Mari bir-bir yanağımızdan öpüb avtobus
dayanacağına gedir.
Koxreidze artıq yanımdadı, qәddini düzәldib.
– Hә, getdik, – Zuriko ona baxmadan dillәnir, dördümüz
dә yavaş-yavaş mәktәbin sağ tәrәfindәki ensiz, sakit küçәylә
addımlayırıq.
– Bura. – Zuriko üstündә paslı zәncir vә nazik açarlı qara
qıfıl olan dәmir darvazanı açır.
İçәri giririk. Qaranlıq girişdәn o tәrәfdә kiçik, sәliqәli
hәyәt var, üzәrindәn köhnә taxta evlәr asılıb. Orada heç kәs
yoxdu.
Zuriko bizi irәli buraxır, sonra qıfılı taxıb zәnciri cingildә -
dә-cingildәdә bağlayır, açarı cibinә qoyur, mәnә göz vurub
bizә yaxınlaşır. Sonra başlanır...
Üçümüz dә özünü itirmiş vә qorxmuş Koxreidzenin üstünә
386 cumuruq. Oğlan divara qısılır, sәsini çıxara bilmir; qәfildәn
ağzını açmaq istәyir, amma tәrpәnәn dodaqları daşa dönür, sәsi
batır, gözlәri ora-bura qaçır. İri barmaqları qovluğundan elә
bәrk-bәrk yapışıb ki, elә bil indicә onu deşәcәk.
Zuriko hey onu sıxma-boğmaya salır:
– Sәn ki kişisәn, arvad deyilsәn... Cındır!.. Başa düşdün,
köpәk oğlu?..
Belәcә tәhdid elәyir.