Page 384 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 384
Görcö nÿsri antologiyası
deyir ki, gedib-getmәyәcәyimi özüm bilәrәm, rәdd ol. Sonni
çıxışa doğru gedir. “Hә, get motosikletlәrimizә göz-qulaq ol”, –
arxasınca qışqırırlar, amma o qapının yanında ayaq saxlayır,
cibindәn açar çıxarıb qapını bağlayır, piştaxtanın yanına
qayıdıb, başçının qarşısında dayanır: “İndi buradan çıxa
bilmәyәcәksiniz”. Axırlarının çatdığını başa düşәn moto -
sikletçilәrin sifәti görünür. Hәmin mәqamda Sonninin
adamları әllәrindә dәyәnәk, silah vә başqa şeylәr arxa qapıdan
içәri girir, onları әmәlli-başlı әzişdirirlәr, sonra saçlarından tu-
taraq, sürüyüb eşiyә atırlar, motosikletlәrini dә sındırıb, sakitcә
dağılışırlar. Axırda Sonni yerdә uzanmış başçının saçından
tutub qaldırır: “Mәni yadında saxla: sәni bu günә salan ada -
mam!”
– Doğrudan da, maraqlıdı, – dillәnirәm.
– Hә, – Datuna razılaşır.
– Sәn demә, Xabuliani dә uşaq vaxtı belә bir iş tutubmuş, –
Zuriko hekayәtini bitirir.
Bu mәqamda zәng vurulur, mәktәbin dәhlizlәri şagirdlәrin
tappıltıları vә sәslәriylә dolur.
Mәn, Datuna vә Mari qalxırıq. Növbәti dәrsimiz rus dili
dәrsidi, müәllimimiz cavan, yaraşıqlı qızdı.
– Sәn getmirsәn? – Mari Zurikodan soruşur.
– Paralel sinifdә bәdәn tәrbiyәsi dәrsinә gedәcәm, bir
nәfәri görmәliyәm, – o, bufetә sarı gedir.
Rus dili dәrsindә arxa partalarda otururuq. Datuna qәlәmlә
partanın üstündә nәsә çәkir, mәnsә Mariylә söhbәt elәyirәm.
Yenә tәnәffüs zәngi vurulur. Müәllimә bizә ev tapşırığı
384 verir. Dәhlizә çıxırıq, Zuriko vestibülün o başından bizә әl
elәyir. Yaxınlaşırıq. Aydındı ki, nәsә baş verib, Zurikonun
rәngi dümağdı, hirsindәn әsir.
– Özüm ölüm, onu öldürәcәm! – deyir.
– Kimi? – soruşuruq.
– Koxreidzeni.
– Gelanı? – Datuna tәәccüblәnir.
– Onunla nә problemin var? – mәn dә tәәccüblәnirәm.