Page 389 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 389

Lado Kilasonia

             – Gәl Sonnini oyadaq! – Datuna başıyla Zurikoya işarә
          elәyir.
             Zuriko hәlә dә üzüqoylu hәrәkәtsiz halda uzanıb. Sol qolu
          altında qalıb, sağ qolu isә yana açılıb.
             – Ey, Sonni, qalx! – Datuna onun sifәtini şappıldadır.
             Zuriko cavab vermir. Ovcumda su gәtirib üzünә çırpıram.
             Havaya atılmış balıq kimi bütün bәdәniylә dartınıb arxası
          üstә çevrilir.
             – Hanı o? – Zuriko donquldanır, bizi gic gülmәk tutur.
             Yad hәyәtdә belәcә oturub gülürük. Çapılmış qaşımdan
          qan axır, Datunanın gözlәri kürә kimi şişib, burnu әzilmiş
          Sonni isә dirsәklәri üstdә ağır-ağır dikәlir. Binaların üzәrindәki
          boz sәmada Günәş ağarır, darvazanın o tәrәfindәki ensiz
          küçәdә isә Gela Koxreidze iri yumruqlarına baxa-baxa yeyin
          addımlarla uzaqlaşır.




















                                                                   389
   384   385   386   387   388   389   390   391   392   393   394