Page 388 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 388

Görcö nÿsri antologiyası

               Qәfildәn qaranlıq dәhlizdә qapı peyda olur, dәli kimi bütün
               bәdәnimlә qapıya doğru atılır, amma geri sıçrayıram: qapı
               bağlıdı! Әclaf Zuriko!.. Xırıltılı sәs get-gedә yaxınlaşır. İri әl
               boynumdan yapışıb mәni özünә sarı çevirir. Qaranlıq dәhlizdә
               qarşımda Gela Koxreidze, Eynәkli Gela, Sәfeh Gela dayanıb.
               Amma Gelanın әvvәlki simasından әsәr-әlamәt qalmayıb,
               gözlәri eynәyin arxasında qәzәblә, әn pisi dә, çılğıncasına bәrq
               vurur, dodaqları bәrk-bәrk sıxılıb, çatılmış qaşlarının arası
               qırışıb.
                   – Sәnә dedim ki, başıma vurmaq olmaz... – Koxreidzenin
               asta sәsindә qәfildәn soyuq vә ötkәm çalarlar peyda olur,
               çiyinlәri qalxır, ağır yumruğu sәssiz halda mәnә tәrәf şığıyır. –
               Mәni bütün sinfin gözü qarşısında tәpiklә vurdu...
                   Birinci zәrbә çәnәmә, ikinci qarnıma, üçüncü sinәmә, dör -
               düncü qaşıma dәyir. Daş döşәmәyә qan damcılayır. Sifәtimin
               isti, duzlu maye ilә necә örtüldüyünü duyuram. Yıxılıram...
                   Gözucu yerdә uzanmış, başını qaldırıb bizә baxan
               Datunanı görürәm. Başımın üstündә zәncir cingildәyir,
               Koxreidze darvazanı açmağa çalışır.
                   – Açar hanı? –  öz-özünә mızıldayır. – Hә, cibinә qoyub
               axı, –  xatırlayıb hәyәtә qayıdır.
                   Koxreidzenin qıçlarının arasındakı işıqda üzüqoylu
               uzanmış Datunanın başını yerә necә qoyduğunu görürәm,
               guya şüurunu itirib.
                   Koxreidze Zurikoya yaxınlaşıb, onun şalvar cibini yox -
               layır. Açarı tapıb qovluğunu götürür, darvazaya yönәlir, qapını
               açıb küçәyә çıxır.
        388        Qalxıram, sifәtimin qanını silib sәndәlәyә-sәndәlәyә
               hәyәtә gedirәm. Datuna asfaltın üstündә oturub şalvarını çırpır.
                   – Bәrk yaralanıbsan? – o, altdan-yuxarı mәnә baxır.
                   – Deyәsәn, qaşım çapılıb, –  cavab verirәm.
                   – Mәni isә azca әzib, –  onun gözlәrinin altı göyәrib, alnı n  da şiş
               var.
                   Әlimi uzadıb qalxmağa kömәk elәyirәm.
                   – Neylәyәcәyik? – krantda sifәtimin qanını yuyuram.
   383   384   385   386   387   388   389   390   391   392   393