Page 383 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 383

Lado Kilasonia

             – Qardaş, ümumiyyәtlә, belә film görmәmişәm.
             – Nә barәdәdi? –  soruşuram.
             – İtalyanlar barәdә, küçә barәdә, qardaş, әsl dostluq,
          mafiya barәdә...
             – Bәs kim oynayır? –  Mari siqaretini sümürür.
             Arxa hәyәtdә bizdәn başqa heç kәs yoxdu. Yalnız sınıq
          partalar, stullar var.
             – De Niro, Çazz Palminteri, Lillo Brankato, Frensis Kap -
          ra, – Zuriko sözlәri qәsdәn italyansayağı uzadır, yenә Mariyә
          baxır.
             Datuna göz vurur, mәni dә gülmәk tutur. Yәqin, o film
          barәdә böyük, “lotu” oğlanlar danışıblar, Zuriko da hamısını
          eşidib, hәr şeyi yadında saxlayıb, indi dә bizim qabağımızda
          forslanır. O, hәmişә belәdir.
             – De Niro orada mafiozdu? –  mәn maraqlanıram.
             – Yox eee, nә mafioz... Avtobus sürücüsüdü, hәm dә atadı! –
          Zuriko nazik barmaqlarıyla çәnәsini sıxır. –  Mafioz Sonnidi,
          hәyasızın biridi.
             – Mәn baxmamışam, –  Mari dillәnir.
             – Hә, çox maraqlı filmdi. Bilirsәn әn maraqlı yeri hansıdı? –
          Zuriko bizә baxır, amma hәr şeyi açıq-aydın Mariyә danışır. –
          İtalyan mәhәllәsinә, Sonninin barına uzunsaç, saqqallı
          motosikletçilәr gәlir. Piştaxtanın yanında dayanıb pivә
          istәyirlәr. Çoxdular, yeddi nәfәr; bәlkә dә, daha artıqdılar. Bar-
          men onlara pivә süzmәkdәn boyun qaçırır ki, bu cür
          geyinәnlәrә olmaz. Bu zaman Sonni dә bara gәlir, nә baş
          verdiyini soruşur. Motosikletçilәr deyir ki, pivә istәyirik,
          vәssalam. Sonni barmenә tapşırır ki, onlara pivә süzsün, özü  383
          bayıra çıxıb baş qәhrәman Kolocceroyla söhbәt edir... Barmen
          motosikletçilәrә pivә süzür, başçıları sağlıq deyir: “Bizim
          sahibin sağlığına içәk, әla oğlandı!..” Sonra hamısı әllәriylә
          boğazlarını tutub şüşәlәri silkәlәyir, köpüyünü barmenin
          üstünә sıçradırlar. Bu vaxt Sonni bara qayıdır, әlini başçının
          çiyninә qoyub deyir: “Ey, özünüzü pis aparırsınız, çıxıb
          getmәlisiniz”. Uzun, sarışın saçlı heyvәrә başçı etinasızlıqla
   378   379   380   381   382   383   384   385   386   387   388