Page 379 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 379

David Kartveliøvili

          tәskinlik vermәk istәyir, amma ürәk elәmirәm. Yazıq! Onun
          dәrdi olduğunu heç ağlıma gәtirmәzdim. Bәs belә, gör nә
          müddәtdi birgә işlәyirik, amma bir-birimizin haqqında heç nә
          bilmirik.

                                   20
             Yataq otağımın pәncәrәsindәn müqәddәs Georgi kilsәsi
          görünür. İndi gecәdir, kilsә qızılı rәngә boyanıb. Kilsәyә baxa-
          baxa xaç çevirib dua oxuyur, duada Sofonun körpәsinin adını
          çәkirәm, daha doğrusu, uşağın adını bilmәdiyimdәn “Sofonun
          mәrhum körpәsi” deyirәm...
             Yatmağa hazırlaşır, mobil telefonu söndürüb kiçik dolabın
          üstünә qoyuram. Sonra soyunub adyalın altına girir, başımı
          bürüyürәm. Yuxulamağa çalışıram. Baş tutmur. Arabir Sofoya
          zәng elәmәk istәyirәm, başsağlığı göndәrmәk dә ürәyimdәn
          keçir, amma düz-әmәlli bir qәrar verә bilmirәm. Axırda yuxu
          mәni tutur.


                                   21
             Son...
             Sәhәr oyanıb әvvәlcә telefona zәng, yaxud mәlumat gәlib-
          gәlmәdiyini yoxlayıram. Sofodan mesaj gәlib. Hәyәcanla oxu -
          yuram:
             “Deyәsәn, sәni dünәn әmәlli-başlı çәtinә saldım. Bağışla,
          sadәcә müsabiqә üçün hekayә yazıram, sәn dә mәnim
          qәhrәmanı msan. “Ekstremal vәziyyәt”dә özünü necә aparaca -
          ğını bilmәk istәyirdim. Hәr şey qaydasındadı. Öpürәm”.
             Mesajı dönә-dönә oxuyuram. Axırda başa düşürәm ki,    379
          mәn müәllif yox, personajam.  Tәbәssümümü saxlaya
          bilmirәm. Telefonu çarpayının üstünә atıb vanna otağına gedir,
          soyuq duşun altına girirәm.
   374   375   376   377   378   379   380   381   382   383   384