Page 378 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 378

Görcö nÿsri antologiyası

               alsaq, xoşbәxt olarıq. Düzdür, arabir cürbәcür qiymәtli şeylәr
               alır, üstündә xoşbәxtlik olacağını güman elәyirik.
                   Bu mәqamda Sofo oyuncaq dükanına girir. Dükanın
               qabağındakı ağaca söykәnib müşahidәmi davam etdirirәm.
               Mәni görsә, gülümsünüb özümü elә göstәrәrәm ki, guya
               tәsadüfәn buradayam. Qız tüklü oyuncaqlara – әvvәlcә
               dovşanlara, sonra ayılara baxır. Satıcıya nәsә deyir, gülüşürlәr.
               Sofo ayını almaq qәrarına gәlir, onu üstündә göyqurşağı olan
               torbaya qoyurlar. Sofo oyuncağın pulunu verib çıxışa doğru
               gәlir.  Yaxınlıqdakı kolluğun arxasında gizlәnmәyә macal
               tapıram. O, küçәylә yuxarı, yәqin ki, metroya gedir. Bir qәdәr
               gözlәyib gizlәndiyim yerdәn çıxır, arxasınca gedirәm.
               Görünür, qızı ad gününә dәvәt elәyiblәr.
                   Sofo bir anlığa әtriyyat dükanının qabağında dayanır,
               vitrinә baxıb, sonra yoluna davam elәyir.


                                         18
                   O, metronun yanında taksiyә әylәşir, mәn dә digәr maşına
               minib, sürücüdәn onların arxasınca sürmәyi xahiş elәyirәm.
                   – Hә dә, lap kinodakı kimi!.. –  sürücü gülüb maşını
               yerindәn tәrpәdir.

                                         19
                   Saburtalo qәbiristanlığı qaranlıqdı. Sofonun әylәşdiyi taksi
               dayanır. Biz dә dayanırıq. Sürücü işığı söndürür. Sofo gediş
               haqqını ödәyir. Maşından düşüb qapını astaca örtürәm. Boş
               taksilәr çıxıb gedir.
                   Qaranlıqda qızın siluetini zorla seçirәm, amma ağaran
        378    göyqurşaqlı torba yolu göstәrir. Çalışıram sәs salmayım. Nә
               bilim, bәlkә, birdәn mәni gördü.
                   Qız axır ki dayanır, torbadan oyuncaq ayını çıxarır, qәbrin
               üstünә qoyub ağı deyir:
                   – Oğlum... körpәm... indi sәnsiz necә yaşayım?! Bax, sәnә
               ayı almışam... gözәldi... Sonra da dovşan alacam... hә... küçük
               dә alaram... körpәm...
                   Ürәyim sıxılır. Bәdbәxt qıza yaxınlaşıb qucaqlamaq,
   373   374   375   376   377   378   379   380   381   382   383