Page 375 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 375

David Kartveliøvili

          hәmkarlarımı da artıq yaxşı tanıyıram (ya da bu mәnә elә
          gәlir).
             Düşüncәlәrimdәn razı halda rahatca yuxuya gedirәm.


                                   14
             Sofo kompüterin arxasında әylәşib növbәti mәtni yığır.
          Mәn masa arxasında oturub itlәrin reklamı üzәrindә çalışıram.
          Hәmişәki kimi ciddi, şәxsi lәyaqәt hissi vә direktorların yeni
          tapşırıqlarıyla dolu olan Vaxo içәri girir. Ona diqqәtlә qulaq
          asırıq, ya da әn azı, özümüzü elә göstәririk.
             – Ümumiyyәtlә, mәncә, hәr şey sizә aydındı. İşinizdә olun.
             Vaxo sözünü deyәn kimi çıxıb gedir.
             – Deyәsәn, bunun ağlı çatışmır, –  Sofo istehzayla gülüm-
          sünüb, yenә mәtnә qayıdır.
             Hәmin mәqamda fikrәn Sofonun sözlәrinә cavab verirәm:
          “Bәlkә, ağlı çatışmayan Vaxonu öz personajıma çevirim?”
          Amma bu ideyaya özümün dә gülmәyim tutur. Hekayәnin
          sәrlövhәsi xüsusilә  sәfeh alınar: “Ağlı çatışmayan Vaxo”.
             Ayağa durub cibimdәn siqaret qutusu vә alışqan çıxarıram.
          Jalüzü qaldırıb, pәncәrәni aralayır, siqaret çәkmәyә başla -
          yıram. Hәr şey hәmişәki kimidi. Hәmişә. Hәr gün, hәr ay, hәr
          il...
             Pәncәrә şüşәsindә Sofonun әksi peyda olur. Yaxınlaşan
          addım sәslәrini eşidirәm. Bir an sonra o, artıq yanımda daya -
          nır.
             – Mәn dә çәkim.
             Sofonun nazik qadın siqaretlәri var.
             Bütün centlmenlәr kimi siqaretini yandırıram.         375
             – Elә hey atmaq istәyirәm, amma ata bilmirәm, –  o, qullab
          alıb deyir.
             – Amma mәn dörd il çәkmәdim, –  fәxrlә dillәnirәm.
             – Bәs niyә tәzәdәn başladın?! Mәn o qәdәr dözә bilsәy -
          dim, heç siqaretә yaxın da durmazdım.
             – Bilmirәm, belә oldu, –  cavab verirәm.
             Etiraf elәmәk lazımdı ki, dördillik fasilәdәn sonra çәkmәk
          lap sәfehlikdi, әlbәttә, bununla fәxr elәmәyә dәymәz.
   370   371   372   373   374   375   376   377   378   379   380