Page 381 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 381

Lado Kilasonia



                   OKROSUBANİSAYAĞI                  1
                     BRONKS ӘHVALATI


                 ta, bu filmi görmüsәn? –  Televizorun qarşısında,
             Axalçanın üstündә әllәrini başının altına qoyub uzan -
          mış Qio soruşdu.
             Otaq qaranlıq idi, ekranın bәyaz işığı çәpәki halda döşә -
          mәyә düşürdü. Oğlumun sifәtini görmürdüm, yalnız biri
          digәrinin üstünә aşırılmış qıçları, dizlәri sürtülmüş cins şalvarı
          vә burnu ağ olan mavi idman ayaqqabıları görünürdü.
             – Çox yaxşı kinodu, –  Qio elә qürurla dillәndi ki, maraq -
          lan dım.
             Divanda uzanmışdım, o biri böyrüm üstә çevrilib televi-
          zora baxdım.
             Ekranda әvvәlcә STUDIOCANAL yazısı, sonra mavi vә
          sarı kürәciklәrlә növbәti FOCUS FEA-TURES, ardınca qara
          fonda a SA-VOY PICTURES release peyda oldu vә otağın
          yarıqaranlığında köhnә, tәsirli mahnı sәslәndi. Astadan oxu -
          yurdular: “Uuuuu-y-uuuuuuuu-uuuuu”. Tutqun sәma, üfüqdә
          qırmızı zolaq, yuxarıdan çәkilmiş, gecә işıqları bәrq vuran
          şәhәr göründü. Çox tanış sәs әhvalat danışmağa başladı:
             “Bura Bronksun Fordhem adlanan rayonu, mәnim evimdi.
          Özlüyündә bütöv bir alәmdi. Buradan on beş dәqiqә әrzindә
          dairәnin istәnilәn yerinә gedib çata bilәrsәn, amma hәr halda,
          mәsafә üç min mildi.
             Min doqquz yüz altmış beşinci il. Küçәdә әn çox dәbdә  381
          olan rәqs du-vopdu. 2
             Gülümsündüm. Bәyәm oğlumun “Bronks әhvalatı”nı
          görüb-görmәdiyimi soruşması gülmәli deyil?
             – Bu, De Nironun avtobus sürücüsü rolunu oynadığı film
          deyil? – zarafatla dillәndim.

          1  Okrosubani – Tbilisidə məhəllə
          2  Pop musiqi üslublarından biri
   376   377   378   379   380   381   382   383   384   385   386